Anarı güllələyən Cabbar peşəkar idmançıdır - FOTOLAR

Anarı güllələyən Cabbar peşəkar idmançıdır - FOTOLAR
Aprelin 24-də Ukraynanın Dnepr şəhərinin mərkəzində 42 yaşlı Məmmədov Anar Xudakərim oğlunu güllələyib hadisə yerindən qaçan killer – Yusifov Cabbar Asif oğlu haqqında yeni məlumatlar üzə çıxıb.

Sfera.az xəbər verir ki, 27 yaşlı Azərbaycan vətəndaşı Cabbar Yusifov (Azərbaycanda idman sahəsində Cabbar Nəcəfov kimi tanınır) Rusiyada əlbəyaxa və qarışıq döyüşlərlə məşğul olub, pankration üzrə Rüsiya birinciliklərində dəfələrlə qalib gəlib, daha sonra Azərbaycana köçüb, burada yunan-Roma güləşi ilə məşğul olub, Azərbaycan çempionatında, dünya və Avropa birinciliklərində qalib gəlib, 2014-cü ildə Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında iştirak edib, gümüş medal qazanıb. Cabbar 2016-cı və 2018-ci illərdə Krımda qarışıq döyüş növləri üzrə turnirlərdə və Krasnodarda döyüş turnirində iştirak edib.

Ukraynaya gəldikdə isə, qətldən iki ay əvvəl əsəbi olması ilə diqqət çəkən Cabbar Yusifov (Nəcəfov) hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılmışdı. Məhkəmə materiallarında bildirilir ki, polisləri görən Cabbar gödəkçəsinin cibindən tapança çıxarıb və ondan qurtulmağa çalışıb.

Kiyevin Peçerski Rayon Məhkəməsi ona 181,6 min qriven girov müqabilində azadlığa buraxılması imkanı ilə həbsdə saxlama şəklində qətimkan tədbiri seçib. Çox güman, o, onu ödəyib, çünki 2 aydan sonra qətl törətdiyi yerdən qaçarkən müşahidə kameralarının obyektivlərinə tuş gəlib. Hazırda Cabbarın axtarışları davam etdirilir.

Qeyd edək ki, C.Yusifovun (Nəcəfov) qurbanı A.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Hadisə baş verərkən avtomobildə Anar Məmmədovun azyaşlı oğlu da olub. 
 
(Qafqazinfo)

OXŞAR XƏBƏRLƏR

Ukrayna “Eurovision 2024”ün finalına yüksəldi

İsveçin Malmö şəhərində keçirilən “Eurovision 2024” mahnı müsabiqəsində Ukrayna təmsilçiləri Alyona Alyona və Cerri Heil Eurovision 2024 finalına və...

Bloqqer ədəbsiz geyimdə alış-veriş etdiyinə görə həbs edildi - FOTOLAR

Fitnes-bloqqer Manael əl-Otaibi uyğunsuz adlandırılan geyimdə alış-verişə getdiyi üçün 11 il həbs edilib. Qızın cəzası yanvar ayında elan edilsə də, bu işin təf...

ABŞ və Rusiya alimləri işığın naməlum xüsusiyyətini kəşf ediblər

ABŞ-nin Kaliforniya Universiteti və Rusiyanın Kazan Dövlət Universitetindən ibarət beynəlxalq alimlər qrupu işığın maddə ilə qarşılıqlı təsirinin əvvəllər məlum...

Prokurorluq kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Zaqatala şəhərində yerləşən iaşə obyektlərindən birində 15 nəfər şəxsin qidadan zəhərlənməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.   B...

“Avroviziya-2024”ün birinci yarımfinalı başladı

İsveçin Malmö şəhərində 68-ci “Avroviziya” mahnı müsabiqəsi birinci yarımfinalı başlayıb.   Sfera.az xəbər verir ki, birinci yarımfinalda...

Zebralar niyə bir-birlərinə baş yelləyirlər?

Yeni bir araşdırma sübut edib ki, zebralar qarşı cinsin və ya tanış qohumların diqqətini cəlb etmək və onları gəzinti və ya tanışlıq kimi birgə fəaliyyətə dəvət...