No Image
No Image

Anar Kərimovdan kadr TƏYİNATLARI - FOTO

Anar Kərimovdan kadr TƏYİNATLARI - FOTO
Mədəniyyət Nazirliyində kadr təyinatları olub.

Nazirlikdən bildirilib ki, Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Bəxtiyar Vaqif oğlu Qılıncov Masallı Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib.  

Bəxtiyar Qılıncov 1974-cü ildə Tovuz rayonunda anadan olub. 1998-ci ildə Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunu (bakalavr), 2000-ci ildə Azərbaycan Dövlət Universitetini (magistr) bitirib.

1999-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında xarici turizm şurasında statistik üzrə mütəxəssis kimi fəaliyyət göstərib. 2001-2018-ci illərdə Gəclər, İdman və Turizm, Mədəniyyət və Turizm nazirliklərində müxtəlif vəzifələrdə çalışıb.

2018-ci ildən son təyinatadək Mədəniyyət Nazirliyinin Regional siyasət şöbəsində işləyib.

İqtisad üzrə fəlsəfə doktorudur.

2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Anar Kərimovun digər əmrinə əsasən, Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə Şahin Yusif oğlu Şahbazov təyin olunub.

Şahin Şahbazov 1984-cü ildə anadan olub. 2006-cı ildə "Muzey işi və abidələrin mühafizəsi” ixtisası üzrə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini (bakalavr), 2008-ci ildə Bakı Dövlət Universitetinin (magistr) "Tarix” fakültəsini fərqlənmə diplomları ilə bitirib.

Əmək fəaliyyətinə 2004-cü ildə Qobustan Milli Tarix-Bədii Qoruğunda başlayıb. 2013-2021-ci illərdə Mədəniyyət Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

2012-2018-ci illərdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun doktorantı olub.

2019-cu ildən, həmçinin Xəzər Universitetində pedaqoji fəaliyyət göstərib. Dörd elmi məqalənin müəllifi, bir neçə kitabın redaktoru və tərtibatçısıdır.

Beynəlxalq Muzeylər Şurasının (İCOM) üzvüdür.


 

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bu da Arif Quliyevin YAŞADIĞI EV - XANIMI SON ARZUSUNU AÇIQLADI - VİDEO + FOTOLAR

Həyat yoldaşı Xalq artisti Arif Quliyevin son arzusundan danışıb. Aktyorla birgə yaşadığı evdən lent.az-a açıqlama verən Gülzar Quliyeva bu sözləri deyib:...

Can Yaman milyarderlə görüntüləri yayılan italyan sevgilisi ilə barışdı - FOTOLAR

Məşhur türkiyəli aktyor Can Yaman ona xəyanət etdiyi deyilən sevgilisi ilə barışıb.   Sfera.az bildirir ki, cütlük ötən gün Komo gölü kənarında səmimi şə...

Məşhur müğənni 31-ci evini aldı - 4 milyon dollara

Türkiyəli müğənni Seda Sayan İstanbulda 31-ci evini alıb.   Sfera.az bildirir ki, ifaçı buna görə 4 milyon dollarını xərcləyib. İddialara görə, Sayanın b...

Agentlik əməkdaşı seriala çəkiləcəyi vədi ilə aldatdığı aktrisaya təcavüz edib - 20 ilə yaxın həbsi istənilir

Serialda rol almaq üçün agentliklə anlaşan aktrisa namizədi qurumun direktorunun evində təcavüzə uğrayıb.   Sfera.az bildirir ki,hadisə Türkiyədə baş ver...

Merlin Monronu təqlid edir? - Məşhur müğənninin yeni FOTOSESSİYASI

Amerikalı müğənni Billi Ayliş "Vogue” jurnalının üz qabığı üçün fotosessiya etdirib.   Sfera.az bildirir ki,  ifaçı bu dəfə fərqli imicdə sevənlərin...

Müğənni Aslanın öldüyü yol qəzasından FOTOLAR

Xəbər verdiyimiz kimi müğənni Aslan Hüseynov yol qəzasında vəfat edib. Sfera.az xəbər verir ki, A.Hüseynov Bakı-Qazax yolunun 60-cı kilometrliyində səhər ...