Anar Əlizadə: \"Martın 14-dən ailəmlə birlikdəyəm, heç bir səfərə çıxmamışam...\"

Anar Əlizadə: \
 Bu günlərdə Britaniya mediası koronavirus pandemiyasına görə sərt karantin rejiminin hökm sürdüyü bir vaxtda bir qrup zənginin gənc qızlarla kef çəkmək üçün özəl təyyarə ilə Fransanın Lacivərdi sahillərinə, kirayə götürülmüş dəbdəbəli villaya getmək cəhdi barədə yazıb. Həmin əhvalatda deyilirdi ki, təyyarənin göyərtəsində yaşları 40-50 arasında olan 7 kişi və gənc qızlar olub. İşıq üzü görən məqalələrdə zənginlərin adları göstərilməyib.

Qalmaqallı məlumat Britaniyanın tanınmış "The Daily Mail", "Mirror", Amerikanın "NBC News" nəşrlərində yer alıb.

Məlumata əsasən, zəngin əcnəbilər  "Embraer Lagacy 600” təyyarəsi ilə Londondan Marsel aerportuna, oradan isə 3 vertolyotla kurort şəhəri Kanndakı "Alang Alang” adlı villaya uçmaq istəyirdi. Lakin Fransa polisi gələnləri aerportdan Londona geri qaytarıb, onları gözləyən vertolyot pilotlarını isə cərimələyib. Bildirilirdi ki, təyyarənin göyərtəsində ukraynalı biznesmen də olub. Təyyarəni, vertolyotları və villanı da məhz o kirayələmişdi.
 
 
Aprelin 11-də Britaniya mediasında dərc edilmiş bu əhvalatdan bir neçə gün keçmiş bəzi müxalif dairələr onu Azərbaycanla, konkret olaraq dövlət neft şirkəti SOCAR-la əlaqələndirməyə cəhd ediblər. Həmin dairələrə istinadən bəzi yerli saytlarda iddia edilir ki, həmin ukraynalı biznesmen "SOCAR Ukrayna” şirkətinin rəhbəri Elçin Məmmədov olub, təyyarədəki digər şəxsin isə Anar Əlizadə adlı azərbaycanlı iş adamı olduğu iddia edilib.

Virtualaz.org bu iddia ilə bağlı Anar Əlizadə ilə əlaqə saxlayıb. İş adamı bildirib ki, həmin məlumat tamamilə uydurma və böhtandır.

"Adətən İnstaqram kişiciklərinin iftiralarına səssiz qalıram. Onların səviyyəsinə enmək istəmirəm. Amma bu dəfə barəmdə dövriyyə buraxılmış yalanların müəllifləri əndazəni aşdılar. Ona görə də, sizin sualınıza cavab vermək qərarına gəldim. Mən özüm bu məqalələri oxumuşam. Axı Britaniya mətbuatında yer almış bu məlumatlarda heç kimin adı açıqlanmır!.. Əgər kimsə həmin şəxslərin adlarına dair sübutlar və ya səhih məlumat əldə etsə, buyursun açıqlasın, mənə də bu çox maraqlı olar.
 
 
Martın 14-dən ailəmlə birlikdəyəm, karantin rejiminin tələbləri ilə evdəyəm və heç bir səfərə çıxmamışam. Londona və Fransaya isə ümumiyyətlə 2 aydan çoxdur ki, nə işgüzar, nə də şəxsi səfərlərim olmayıb. Bu məlumat tamamilə uydurmadır və şəxsimə qarşı atılmış çirkin böhtandır. Bu iftiraya imza atmış şəxslər - İnstaqramın məlum kişiciyi və onun yanında olan bəziləri mənim adımı bu cür çirkin iddiada hallandırmaqla mənəviyyat və əxlaq normalardan nə qədər uzaq olduğunu bir daha təsdiq edir. Xalqımız üçün çətin dövrdür. Həmrəylik nümayiş etdirib bir olmaqdansa, bəzi insanlar namərdlik və naqislik edir. Nəticədə "İnstagram kişicikləri” qazdığı quyuya düşüblər. Bu əclaflıq da öz başında çatdayacaq. Yaxın zamanlarda haqqında söhbət açıldığı şəxslərin adları açıqlanacaq və bu dezinformasiyanın müəllifləri - cılız "qəhrəmanlar” bir daha rəzil duruma düşəcəklər. Bəzi İnstaqram kişicikləri düşmənçiliyi də kişi kimi aparmaq iqtidarından uzaqdılar, öz ampluasındadılar, silahları isə yalnız qarayaxmadır. İndiki müasir və şəffaf dünyada kimin hara səfər etdiyini yoxlamaq üçün böyük səylər göstərmək lazım deyil. Həqiqət üzdədir - internet dövrüdür. Anlamıram, açıq yalan hasil edən  şəxslərin təxribatı nəyə hesablanıb?”, - iş adamı bildirib.

A.Əlizadə onu da deyib ki, həmin iddiada adı hallandırlan "SOCAR Ukrayna” rəhbəri Elçin Məmmədovla heç bir əlaqəsi yoxdur və nəticədə onunla hansısa birgə səfərdən söhbət belə gedə bilməzdi.

Qeyd edək ki, A.Əlizadənin şəxsi internet səhifəsindən və rəsmi bəyanatından bu məsələyə artıq hüquqşünasların müdaxilə etdiyi bəlli olur. Və iş adamına atılan böhtanla bağlı şərəf və ləyaqətin qorunması üçün zəruri hüquqi addımlar atılacaq. Bu konkret hadisəni nəzərə alaraq öz növbəmizdə həmkarlarımızı bir daha jurnalistika peşəsini çirkin məqsədlər üçün istifadə etməməyə və etik normalara riayət etməyə çağırırıq.

OXŞAR XƏBƏRLƏR

Baş nazir yeni qərar İMZALADI

Nazirlər Kabineti “Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qra...

“ByteDance” şirkəti QƏRARINI VERDİ: ""TikTok"u satmırıq!"

Çinin “ByteDance” şirkəti “TikTok” video paylaşma platformasını satmayacağına dair açıqlama verib.   Sfera.az xatırladır ki, ...

"Hücumlar artacaq, hətta növbəti aylarda..." - Ukrayna-Rusiya gərginliyi PİK HƏDDƏ

  “Baydenin göstərişi ilə Ukraynaya uzaqmənzilli “ATACMS” raketlər göndərilib. Lakin bu, Kiyevin tələbi ilə olmayıb”.  ...

Fransa və Almaniya ortaq tank layihəsi ilə bağlı anlaşma memorandumu İMZALADI

Fransa və Almaniya 2040-cı ilə qədər döyüş tankının birgə istehsalı layihəsinin növbəti mərhələsinə keçmək barədə razılığa gəliblər.   Sfera.az "...

Bakıda körpə eyvanda anasının qucağından düşərək ÖLDÜ- YENİLƏNDİ

Prokurorluq Bakıda körpənin mənzilin eyvanından düşərək ölməsi faktı ilə bağlı araşdırma aparır.   Sfera.az xəbər verir ki, aprelin 26-da saat 8 radə...

Prezident: "Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq"

Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir   Sfera.az xəbər verir ki, bu fik...