Aktyordan televiziya kanallarına sərt TƏNQİD: \"Çullu dovşan gəmirənlər!\"

Aktyordan televiziya kanallarına sərt TƏNQİD:  \
"Lanovoy dünyasını dəyişəndə rusiya televiziyasını xatırlayın. Onlar anlamış idilər. Biz anlamırıq deyəsən, "Bir cənub şəhərində","Babək","Nizami","Gümüşgöl əfsanəsi","Girov" getdi, bir  böyük, əzəmətli dövr getdi”.
 
Sfera.az-ın məlumatına görə, bunu aktyor Kamran Ağabalayev Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyevin vəfatından danışarkən bildirib. Aktyor televiziya kanallarını sərt tənqid edib:

"Sənə dövr bağışlayan birinə sən 1 gün bağışlaya bilmirsən? Çağır onunla işləyən rəssamları, bəstəkarları, operatorları, aktyorları, qonşusunu çağır. Gününü həsr elə sənətkara! Çünki o buna layiqdir. Dünyadan sənətkar köçüb”.

Aktyor xatırladıb ki, dövr hər zaman sənətkarı ilə tanınıb, başqa heç kim ilə: 

"Ya da sən "tupoy"san, sadəcə! Və yaxud kanalda heç kimin ağlına gəlmədi? Çullu dovşan gəmirənlər!".

Qeyd edək ki, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev bu gün 80 yaşında vəfat edib.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR