Çağataydan Serenayla bağlı AÇIQLAMA – “Bizi rahat buraxın”

Çağataydan Serenayla bağlı AÇIQLAMA – “Bizi rahat buraxın”
Çağatay Ulusoy Serenay Sarıkaya ilə bağlı iddialara cavab verib.
 
Sfera.az bildirir ki, aktyorun həmkarı ilə yenidən barışdığı qeyd olunub.
 
Ulusoy yayılan məlumatlara sərt reaksiya göstərib. O, sosial şəbəkə hesabında paylaşım edərək Sarıkaya ilə barışmadığını və hazırda normal münasibətinin olduğunu deyib.
 
"Təqribən 5 ildir gözəl sürən münasibətim olduğu halda, hər il bu günkü kimi yayılan xəbərləri yenidən gündəmə gətirirsiniz. Məqsədiniz nədir? Anlamıram. Bizi rahat buraxın”, deyə Ulusoy qeyd edib.
 
Xatırladaq ki, Çağatay Ulusoy və Serenay Sarıkaya ötən həftələrdə bir toy məclisində birlikdə görüntülənib və ardınca barışma iddiaları səsləndirilib. Bundan öncə isə, Ulusoyun sevgilisi Duyğu Sarışından ayrıldığı irəli sürülmüşdü. Lakin aktyor məlumatı təkzib edərək "Bu xəbərlərə gülüb keçirik, amma ailələrimiz pis olur” deyə bildirmişdi.
 

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR