\"AccessBank\"ın sədri Alman-Azərbaycan Xarici Ticarət Palatasının rəhbərliyində!

\
 

"AccessBank"ın İdarə Heyətinin sədri Anar Həsənov Alman-Azərbaycan Xarici Ticarət Palatasının ("AHK Azərbaycan") rəhbərliyinə seçilib.

 

"AHK Azərbaycan"ın İdarə Heyətinin (İH) 14 oktyabr 2019-cu il tarixli qərarına əsasən cənab Həsənov İH üzvü vəsifəsinə təyinat alıb. O, bu vəzifədə "Bakcell" MMC-nin keçmiş baş icraçı direktoru Nikolai Beckers-i əvəz edib.

 

Anar Həsənov "AHK Azərbaycan" rəhbərliyinə və bütün üzvlərinə göstərilən etimada görə təşəkkür edib: "Sirr deyil ki, "AHK Azərbaycan" ölkə iqtisadiyyatının inkişafına töhfə verən şirkətlərdən ibarət unikal bir platformadır. Palata dövlət - özəl sektor dialoqunun daha da inkişaf etdirilməsi istiqamətində mühüm işlər görür. Sözsüz ki, mənə göstərilən etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Azərbaycanda sahibkarlar üçün yaradılan əlverişli biznes mühitini Avropadan, o cümlədən Almaniyadan olan potensial investorlara çatdırmaq üçün çalışacam. Nəzərə alsaq ki, "AHK Azərbaycan" rəhbərliyi və üzvləri kifayət şəffaf və dialoqa açıq tərəfdaşlardan ibarətdir, biz qarşıya qoyulan hədəflərə asanlıqla çata biləcəyik".


Qeyd edək ki, Anar Həsənov mikro, kiçik və orta sahibkarlığın, korporativ və pərakəndə biznesin inkişafı üzrə 17 illik iş təcrübəsinə malikdir. Təcrübəli bankir 2018-ci ilin iyun ayından "AccessBank"ın İdarə Heyətinin sədri və baş meneceri vəzifəsində çalışır. Onu da qeyd edək ki, cənab Həsənov təsis olunduğu gündən etibarən "AccessBank"ın inkişafına öz töhfəsini verib.


OXŞAR XƏBƏRLƏR

“Çərşənbə”nin ikinci mövsümünün çəkilişləri başladı: Əsas aktyorlardan biri olmayacaq 

Məşhur “Netflix” serialının ikinci mövsümünün çəkilişlərinə başlanılıb. Bu barədə aparıcı aktrisa Cenna Orteqa İnstaqram səhifəsində məlumat verib. ...

24.000 illik körpə qalıqları insan tarixini yenidən yazdı

Təxminən 24500 il əvvəl Portuqaliyanın mərkəzindəki Lapedo vadisində 4 yaşlı uşaq kəfənə bükülmüş şəkildə dəfn edilib. Alimlərin kəşf etdiyi kimi, bu uşaqda həm...

Faşizm üzərində qələbədən 79 il ötür

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 79 il keçir.   Sfera.az xatırladır ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kim...

Putinlə Paşinyanın görüşü başladı

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü keçirilir.   Sfera.az xəbər verir ki, bu barədə Kremlin mə...

“Finala keçməyə qoymadılar” - Xalq artisti

Xalq artisti Flora Kərimova final mərhələsinə keçə bilməyən "Avroviziya 2024" təmsilçilərimiz Fahree və İlkin Dövlətovla bağlı sosial şəbəkə...

Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ

Günəş küləyinin sürətinin müsbət qütblü Yüksək Sürətli Tac dəliyi Axınlarının və TKA-ın təsiri ilə artacağı gözlənilir.   Şamaxı Astrofizika Rəsədxan...