AccessBank uzun müddətdən sonra mənfəətə çıxdı

AccessBank uzun müddətdən sonra mənfəətə çıxdı
 Anar Həsənov: "İlin birinci rübündə Bankın əldə etdiyi mənfəət müştərilərin etibarının və komandamızın düşünülmüş fəaliyyətinin nəticəsidir"
 

Mikro, kiçik və orta biznesin kreditləşməsi bazarının lideri olan "AccessBank” 2020-ci ilin birinci rübü üzrə maliyyə göstəricilərini elan edib.

 

Bankdan Marja-ya daxil olmuş məlumata görə, ilk rübün sonunda Bankın aktivləri 895 milyon 341 min manat təşkil edib.

Bu ilin birinci rübünün sonunda Bankın xalis kredit portfeli 532 milyon 401 min manata bərabər olub. Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üzrə ehtiyatlar nəzərə alınmadan, Bankın məcmu portfeli 604 milyon 53 min manat təşkil edib. Qeyd etmək lazımdır ki, bu ilin birinci rübündə kreditlərin 97.6%-i manatla verilib.

2020-ci ilin birinci rübü ərzində "AccessBank” 124 milyon 716 min manat məbləğində kredit verib və bu, ötən ilin birinci rübü ilə müqayisədə 26 milyon 472 min manat çoxdur. Bankın hər ay verdiyi kreditlərin 50%-dən artıq hissəsi və bütün mikro kreditlərin 35%-i kənd təsərrüfatı ilə məşğul olan bizneslərə verilib.

Mart ayının sonuna Bankın əmanət portfeli 588 milyon 351 min manat təşkil edib.

2020-ci ilin birinci rübü ərzində bankın xalis faiz gəlirləri 15 milyon 261 min manata bərabər olub. Bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 50% çoxdur.

2020-ci ilin birinci rübündə Bankın xalis mənfəəti 2 milyon 475 min manat olub.

Hazırda Bankın məcmu kapitalı 79 milyon 411 min manatdır, bu isə minimum məcmu kapital normasından (50 milyon manat) 29 milyon 411 min manat çoxdur.

Mart ayının sonuna Bankın ani likvidlik əmsalı 50.98% təşkil edib, bu isə normadan (30%) təxminən 1.7 dəfə artıqdır.

Mikrokreditləşmə bazarının lideri olan "AccessBank”ın səhmdarları ötən il ölkə bazarında ən böyük təkrar kapitallaşmanı həyata keçiriblər. Bu gün Bankın səhmdarları arasında Asiya İnkişaf Bankı(ADB), Avropa İnvestisiya Bankı (EIB), Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və digər xarici maliyyə institutları və investisiya fondları var.

"AccessBank”ın İdarə Heyətinin sədri Anar Həsənov birinci rübün maliyyə nəticələrini şərh edib:"İlin birinci rübündə Bankın əldə etdiyi mənfəət müştərilərin etibarının və komandamızın düşünülmüş fəaliyyətinin nəticəsidir. Biz başa düşürük ki, bankımızın inkişafı bilavasitə iqtisadi sabitlikdən və müştərilərimizin əminliyindən asılıdır. Güclü müştəri güclü bank və eyni zamanda, bütünlüklə güclü maliyyə sektoru deməkdir. Buna görə də "AccessBank”ın işinin əsas məqsədi mikro, kiçik və orta biznesi dəstəkləməkdən ibarətdir, çünki onların inkişafı Azərbaycan iqtisadiyyatı üçün prioritet təşkil edir. Çox güman ki, gələn rüb bazar üçün çətin dövr olacaq, amma biz əminik ki, müştərilərimizlə birlikdə bütün çətinliklərin öhdəsindən gələcəyik. Biz, uğurları ilə qürur duyduğumuz müştərilərimizidəstəkləməkdə davam edəcəyik”.

Xatırladaq ki, AcessBank 2017-ci ili 56 milyon 380 min manat, 2018-ci ili 11 milyon 579 min manat, 2019-cu ili 89 milyon 704 min manat xalia zərər ilə başa vurmuşdu.



OXŞAR XƏBƏRLƏR

“ByteDance” şirkəti QƏRARINI VERDİ: ""TikTok"u satmırıq!"

Çinin “ByteDance” şirkəti “TikTok” video paylaşma platformasını satmayacağına dair açıqlama verib.   Sfera.az xatırladır ki, ...

"Hücumlar artacaq, hətta növbəti aylarda..." - Ukrayna-Rusiya gərginliyi PİK HƏDDƏ

  “Baydenin göstərişi ilə Ukraynaya uzaqmənzilli “ATACMS” raketlər göndərilib. Lakin bu, Kiyevin tələbi ilə olmayıb”.  ...

Fransa və Almaniya ortaq tank layihəsi ilə bağlı anlaşma memorandumu İMZALADI

Fransa və Almaniya 2040-cı ilə qədər döyüş tankının birgə istehsalı layihəsinin növbəti mərhələsinə keçmək barədə razılığa gəliblər.   Sfera.az "...

Bakıda körpə eyvanda anasının qucağından düşərək ÖLDÜ- YENİLƏNDİ

Prokurorluq Bakıda körpənin mənzilin eyvanından düşərək ölməsi faktı ilə bağlı araşdırma aparır.   Sfera.az xəbər verir ki, aprelin 26-da saat 8 radə...

Prezident: "Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq"

Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir   Sfera.az xəbər verir ki, bu fik...

ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak etdi - FOTO

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ölkəm...