ABŞ-Rusiya mübarizəsinin daha gərgin fazası BAŞLADI: \"Hərbi-siyasi qarşıdurmaların şahidi ola bilərik\"

ABŞ-Rusiya mübarizəsinin daha gərgin fazası BAŞLADI: \
"ABŞ-da baş tutmuş sonuncu prezident seçkilərindən sonra bu ölkənin strateji institutları Rusiya ilə iş sahəsində ciddi paradiqma dəyişikliyi edib. Düşünürəm ki, bu mərhələdə kəskin - gərgin strateji rəqabətin və mübarizənin şahidi olacağıq”.
 
Sfera.az-ın məlumatına görə, bunu politoloq Nurlan Qələndərli deyib.

Onun sözlərinə görə, qarşıdakı dövrdə Rusiyaya yönəlik daha aqressiv və geosiyasi pressinq xarakterli strateji kurs reallaşdırılacaq:

"Son 7 il ərzində Rusiyanın mövqeyinin möhkəmləndiyi regionlara ABŞ tərəfindən aktiv geoiqtisadi müdaxilələr ediləcək. Təbii ki, Rusiya ənənəvi təsir dairələrində mövqeyinin zəifləməməsi üçün həm ciddi müqavimət göstərəcək, həm də yeni həmlələrlə çıxış edəcək. Hətta bu güc mərkəzlərinin bəzi regionlarda dəstəklədiyi qüvvələr arasında lokal hərbi-siyasi qarşıdurmaların şahidi ola bilərik. 

Yeni mərhələdə ABŞ-ın xarici siyasətində Rusiyanı birbaşa maraqlandıran kardinal dəyişikliklərdən biri Birləşmiş Ştatların Avropa İttifaqı ilə əlaqələrinin genişləndirilməsi və NATO-nun gücləndirilməsi cəhdləri olacaq. Rusiya-Çin geoiqtisadi işbirliyinə qarşı ABŞ-Avropa İttifaqı iqtisadi-enerji  əməkdaşlıq platformasının şaxələndiriləcəyi proqnozlaşdırıla bilər”.

Politoloq qeyd edib ki, bunlarla yanaşı, Rusiyanın sərhədlərində və Moskvanın öz "sərhəd təhlükəsizliyi zonası" hesab etdiyi ərazilərdə NATO-nun varlığının artırılması, bu alyansın mövqeyinin möhkəmləndirilməsi istiqamətində də bir sıra addımların atılacağı gözlənilir:

"Lakin Rusiyanın Qafqaz regionunda, Mərkəzi Asiya və Yaxın Şərqdə yaxınmüddətli perspektivdə hərbi-siyasi mövqeyinin zəifləyəcəyini düşünmürəm. Onsuz da, paradiqma dəyişikliyindən sonra və yeni strateji kursun fonunda ABŞ-ın bu ərazilərdə situasiyanı öz lehinə dəyişdirmək planı ortamüddətli perspektivə hesablanıb. Lakin bu prosesə start verilməsi fonunda Avrasiyanın bəzi "qaynar nöqtə"lərində də zaman-zaman tərəflərin birbaşa və dolayı iştirakı ilə hərbi-siyasi hərəkətlənmələrin olacağı qənaətindəyəm.

Rusiyaya qarşı sanksiyaların davam etdiriləcəyini düşünürəm. Lakin "sanksiya immuniteti” formalaşmış Rusiyanın bu embarqolardan ciddi təsirlənəcəyi qənaətinə gəlmək olmaz. Moskva alternativ hərbi-siyasi və iqtisadi vasitələrlə bu embarqonun neqativ nəticələrini müəyyən qədər kompensasiya edə biləcək”.

N.Qələndərli bildirib ki, bütövlükdə, beynəlxalq münasibətlər sistemində yeni mərhələyə keçidi sürətləndirəcək ABŞ-Rusiya strateji mübarizəsinin növbəti və daha gərgin fazası başlayıb.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının qalibi OLDU

Bu il 36 azərbaycanlı tələbə 2024/2025-ci tədris ili üçün İsveç İnstitutunun Qlobal Peşəkarlar üçün Təqaüd Proqramının qalibi olub.   Sfera.az bu bar...

Xalq artistinin konsertində izdiham yaşandı - VİDEO

Xalq artisti Tünzalə Ağayeva Dənizkənarı Milli parkda baş tutan xalq konsertində iştirak edib. Sferaz.az xəbər verir ki, pop ulduz həmin gecə üçün ağ libas...

Paşinyan: "Hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir"

“Elə bir məqama gəlib çatmışıq ki, hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir”.   Sfera.az “news.am”a i...

"Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda əməkdaşlıq edir" - Deputat

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir. &nbs...

Baş nazir yeni qərar İMZALADI

Nazirlər Kabineti “Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qra...

“ByteDance” şirkəti QƏRARINI VERDİ: ""TikTok"u satmırıq!"

Çinin “ByteDance” şirkəti “TikTok” video paylaşma platformasını satmayacağına dair açıqlama verib.   Sfera.az xatırladır ki, ...