ABŞ-da göydələn alan azərbaycanlı kimdir? – BMT-yə “qonşu olan” həmyerlimiz

ABŞ-da göydələn alan azərbaycanlı kimdir? – BMT-yə “qonşu olan” həmyerlimiz

Azərbaycanlı ABŞ-da göydələn alıb.


Sfera.az-ın məlumatına görə, bu barədə "The Real Deal” nəşri məlumat yayıb.


Beekman Qülləsi adlanan göydələnin alışı 139 milyon ABŞ dollarına başa gəlib. Göydələn BMT-nin Nyu Yorkdakı mənzil qərargahının bir neçə addımlığında yerləşir.


Alıcının adı öncə gizli saxlanmaq istənsə də sonradan onun əslən Azərbaycanın Quba rayonunun Qırmızı qəsəbəsindən olan Yakov Yakubov olduğu bəlli olub.

Forbes-in Rusiyanın "Əmlak Kralı" adlandırdığı Yakov Yakubov ABŞ-da ümumilikdə 5 milyon kvadrat metrdən çox əmlaka malikdir.


Onun Rusiyada və ABŞ-da milyardlarla qiymətləndirilən əmlaka sahib olduğu bəllidir.