ABŞ-a səyahət qaydaları DƏYİŞDİ

ABŞ-a səyahət qaydaları DƏYİŞDİ
ABŞ turistlər üçün səyahət şərtlərinə dəyişiklik edib.
 
Sfera.az bildirir ki, bu barədə Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) məlumat yayıb. Belə ki, artıq Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənən vaksinləri vurduranlar da ABŞ-a gedə biləcəklər. 

Sözügedən peyvəndlərin -  Biontech, Moderna, Johnson and Johnson, AstraZeneca, Sinopharm ve Sinovac olduğu qeyd edilib. 

Xatırladaq ki, ABŞ əvvəllər yalnız Qida və Dərman İdarəsi (FDA) tərəfindən təsdiqlənmiş peyvəndləri vurduran insanları qəbul edirdi.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR