5,7 min yaşı olan saqqız tapıldı: qadın çeynəyibmiş - Foto

5,7 min yaşı olan saqqız tapıldı: qadın çeynəyibmiş - Foto
Danimarkanın Saltholm adasında qətrana bənzəyən qədim saqqız aşkar edilib. DNT analizi maddənin Daş dövrünə aid olduğunu üzə çıxarıb.

 

Bizimyol.info xəbər verir ki, Danimarkada tapılan saqqızın 5,7 min il yaşı var. Mütəxəssislərin fikrincə, bundan daş alətləri yapışdırmaq üçün istifadə edirlərmiş. Saqqızın üzərində diş izləri də qalıb. Böyük ehtimalla məqsəd maddəni yumşaltmaq olub.

Qədim saqqız

Kopenhagen Universitetinin professoru Hannes Şroeder deyir ki, saqqız onlara xeyli informasiya verib. Məsələn, müəyyən edilib ki, maddəyə diş vuran qadın olub.

Onun saçlarının tünd, gözlərinin mavi olduğu bildirilir. Qadın axırıncı dəfə ördək əti və fındıq yeyibmiş.

Araşdırmalar deyir ki, saqqızı çeynəyən insan Almaniyadan şimala köçən edən tayfalardan olub. Əvvəllər həmin tayfaların daha çox İsveçə üz tutduğu ehtimal edilirdi. Deməli, Danimarkaya da gəlib çıxıblarmış.

Sfera.az



OXŞAR XƏBƏRLƏR