Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 1-də 62,53 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,72 dollar/barel azdır.

Bu barədə Sfera.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 61,7 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,66 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 59,51 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,44 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 62,19 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,56 dollar/barel azdır.

OXŞAR XƏBƏRLƏR