Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə güclü zəlzələ oldu
Türkiyənin Antalya şəhərinin Qazipaşa rayonu sahillərində 5.4 bal gücündə zəlzələ baş verib.

Sfera.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Antalya və ətraf rayonlarda hiss edilən zəlzələnin 77 kilometr dərinlikdə baş verdiyi bildirilib.

Qazipaşa bələdiyyəsinin sədri Mehmet Əli Yılmaz itki və dağıntının olmadığını söyləyib.

OXŞAR XƏBƏRLƏR