Vilayət Eyvazovdan YENİ TƏYİNAT
Cəmiyyət
17:10 / 03.02.2020
1771
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini vəzifəsinə təyinat olub.
Sfera.az-ın report-a istinadən xəbərinə görə, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazovun əmr imzalayıb.
Əmrə əsasən, polis polkovniki Nurullah Məmmədxanlı BŞBPİ-nin rəis müavini təyin edilib.
Qeyd edək ki, N.Məmmədxanlı bu təyinata qədər BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsində çalışıb.
BŞBPİ-nin rəis müavini, polis general-mayoru Həsən Şirinov yanvarın 31-də təqaüdə göndərilib.