DİN: Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb
 

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, dekabr ayının 12-də törədilən 19 cinayətin üstü "isti izlər”lə açılıb. 

Əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub. 

Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Avtomobil yollarında ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.


OXŞAR XƏBƏRLƏR