Özünü 3-cü mərtəbədən atan şagirdin analizlərinin nəticəsi məlum olub

Özünü 3-cü mərtəbədən atan şagirdin analizlərinin nəticəsi məlum olub
 

Bakıda özünü məktəbin 3-cü mərtəbəsindən özünü atan şagirdin intihara cəhd etməzdən əvvəl özünü zəhərlədiyi ehtimal edilirdi.

"Report” xəbər verir ki, hadisədən dərhal sonra Y.Hacıyeva əvvəlcə 1 saylı Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə aparılıb və ondan analiz götürülüb. Analizin nəticəsi bu gün məlum olub.

Səhiyyə Nazirliyindən "Report”un sorğusuna cavab olaraq bildirilib ki, analizlərin nəticəsinə görə o, allergiyaya qarşı olan dərman atıb və hımin dərmanın psixotrop tərkibi olmayıb. Mərkəzin həkimi hadisənin dərmana aidiyyəti olmadığını deyib.

Qeyd olunub ki, Y.Hacıyeva xəstəxanaya çanaq sümüyünün sınığı, döş qəfəsinin, ağciyərin və yumşaq toxumaların əzilməsi diaqnozu ilə daxil olub: "Yaralıya lazımi tibbi yardım göstərilib, vəziyyəti yaxşıya doğru gedir və həyati təhlükəsi yoxdur”.


OXŞAR XƏBƏRLƏR