Zaur: \"Ərəblər otelin hovuzunda böyük bayıra çıxıblar\" - FOTO

Zaur: \

 

"Müsəlman qardaşlarımız çayniklərdə sudan başqa hər şey qaynadırlar".

Sfera.az primetime.az-a istinadən xəbər verir ki, ölkənin tanınmış teleaparıcısı Zaur Baxşəliyev istirahətini Qəbələdə davam etdirir. Aparıcı İnstaqram hesabında Azərbaycana gələn turistlərin bilmədiyimiz və görmədiyimiz "mədəniyyət"lərinin sirlərini açıb.

"O gün Qəbələdə otellərimizdən birində 3 hadisənin şahidi oldum. Sözümə keçməzdən əvvəl onu deyim ki, qeyri-neft sektoru olaraq ölkəyə gəlir gətirən sahələr sırasında turizm çox önəmli olduğu üçün ölkəmizə gələn turist artımına yalnız sevinirəm. Amma bu çəkdiyim videoda gördüyünüz ərəblər yeyib-içəndən sonra yemək yedikləri 3 masanın üstünə qusub batırdılar. Hər zaman qapı ağzında turist həsrəti ilə gözü yollarda qalan, səbirsizliklə qonaq yolu gözləyən otel işçilərinin simasında "ilahi, bunlar nə zaman gedəcəklər" sözləri açıq-aydın yazılmışdı. Qəbələdəki otellərə bələd olanlar bilirlər ki, otaqlarda elektrik çaydanları olurdu, indi onları yığışdırıblar. Niyə?! Çünki bizim müsəlman qardaşlarımız ərəblər bu çayniklərdə sudan başqa hər şey qaynadırlar (yumurta, sosiska, düyü). Otaqlarda çıxardıqları hoqqalar az deyilmiş kimi, biri o gün girib otelin hovuzuna böyük bayıra çıxıb! Ölkəyə gələn turistlər, əgər pul ödəyirsə, bu o demək deyil ki, masamıza qusub, hovuzumuza kakaşlamalıdırlar?! P.S.: Kiprdə istirahətdə olan zaman tanıdığım bir həmyerlimizi oteldə yaratdığı kiçik narahatlığa görə elə həmin gün oteldən çıxardılar. Geri dönüş biletini aldılar və Bakıya göndərdilər. Adını isə həmin oteldə arzuolunmaz qonaq siyahısına saldılar. Əziyyət çəkib, müqavilələr imzalayıb, qapı açırsan, bu da onların mədəniyyəti!!!"

Qeyd edək ki, bu il Azərbaycana başqa ölkələrdən, xüsusilə ərəb ölkələrindən gələn turistlərin sayı olduqca çoxdur.

 


OXŞAR XƏBƏRLƏR

Bakı həbsxanasında saxlanılan Vardanyan aclığı DAYANDIRDI

Bakıda həbsdə saxlanılan qondarma “artsaxın keçmiş dövlət naziri” Ruben Vardanyan ailəsi ilə əlaqə saxlayıb.   Sfera.az bildirir ki, bu b...

Bakıda evdə meyit TAPILDI

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyət...

"Mən qızımı oxuduram, yetkinlik yaşına çatmayıb" - Qaçırılan azyaşlının ATASI

Azərbaycanda daha bir qız qaçırılıb.   Sfera.az bildirir ki, bu barədə Qadın və Uşaq Sığınacağı məlumat paylaşıb. İctimai birlik qeyd edib ki, bununl...

Azərbaycanda bu xanım jurnalistə VƏZİFƏ VERİLDİ - FOTO

Laçın rayonuna köçən jurnalist Yeganə Quliyevaya vəzifə verilib.   Sfera.az xəbər verir ki, bu barədə Metbuat.az-a jurnalist özü məlumat verib. ...

"Rusiya Paşinyanın may ayında baş tutacaq səfərini gözləyir" - Overçuk

Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk Ermənistan hökumətinin başçısı Nikol Paşinyanın Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində iştirak...

Xocavənddə partlayıcı vasitələr AŞKAR EDİLDİ

Xocavənd rayonunda partlayıcı vasitələr aşkar edilib.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupun...