Dünya

Yaponiya ABŞ-dan 105 ədəd "F-35" qırıcısı alacaq

Yaponiya ABŞ-dan 105 ədəd
Yeniavaz.com TASS agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp mayın 27-də Tokioda Yaponiyanın Baş naziri Sindzo Abe ilə birlikdə keçirdiyi görüşdə bəyan edib.

D.Tramp bildirib ki, 2018-ci ildə Yaponiya Amerika silahlarının ən böyük alıcılarından biri olub: "Və indi onlar 105 ədəd "F-35" qırıcısı almaq niyyətindədir" .

Qeyd edək ki, "F-35" qırıcısı nüvə silahı daşıya bilən çoxməqsədli döyüş vasitəsidir. ABŞ bu layihəni hazırlamaq üçün səkkiz ölkə ilə birlikdə çalışıb. Bunlar Avstraliya, Böyük Britaniya, Danimarka, İtaliya, Kanada, Hollandiya, Norveç və Türkiyədir.

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031