Yapı Kredi 2018-ci ili 5 milyon manatdan çox mənfəətlə başa vurub

Yapı Kredi 2018-ci ili 5 milyon manatdan çox mənfəətlə başa vurub
Avropanın 17 ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvü "Yapı Kredi Bank Azərbaycan” QSC 2018-ci ili uğurla başa vurub. Bank 2018-ci ili 5,3 milyon manat mənfəətlə başa vurmuşdur.
 
Bankın 2018-ci ilin sonuna dair açıqladığı hesabatlarda Yapı Kredi Bank Azərbaycanın kifayət qədər güclü maliyyə dayanıqlılığını görmək mümkündür. Belə ki, bank digər maliyyə institutları qarşısında öhdəliklərini tam olaraq bağlamış, bu səbəbdən də 2017-ci ilin sonu ilə müqayisədə 2018-ci ilin sonunda bankın faiz xərcləri əhəmiyyətli dərəcədə, 38,7 % azalmışdır. Bu isə bankın xalis faiz gəlirlərinin eyni dövrlə müqayisədə 13,5 % artaraq 30,3 milyon AZN olmasına gətirib çıxarmışdır.
 
Yapı Kredi dünyanın 17 ölkəsində olan təcrübəsini Azərbaycanda bankçılığın inkişafı üçün də əsirgəməmiş və bunun nəticəsində də müştərilərinin etimadını qazanmışdır. Belə ki, banka güvənən, pullarını əmanət edən fiziki və hüquqi şəxslərin əmanətlərinə nəzər yetirdikdə bu rəqəmin 2017-ci ilin sonu ilə müqayisədə 2018-ci ildə artdığını müşahidə edirik. Fiziki və hüququ şəxslərin müddətli və tələbli depozitləri müvafiq olaraq 3,6 % və 16,2 % artım göstərmişdir. 
 
Yapı Kredi Bank Azərbaycan ölkədə qeyri-neft sektorunun inkişafı üçün real sektora yatırımlar etmiş, kredit portfelini 19,2 % artıraraq 174 milyon AZN çatdırmışdır. Bankın kapital göstəriciləri də kifayət qədər ürək açandır. Ötən ilin eyni dövrü ilə müqayisədə 2018-ci ilin sonunda bankın I dərəcəli kapitalı 20 % artaraq 61,2 milyon AZN, məcmu kapitalı isə 9,6% artaraq 70,2 milyon AZN olmuşdur. 
 
Qeyd edək ki, Yapı Kredi Bank Azərbaycan dünyanın 17 ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Ana səhmdarı UniCredit (İtalya) və Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda bankçılıq sektorunda beynəlxalq təcrübə ilə Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq xidmətləri ilə xidmət verməkdədir. 


OXŞAR XƏBƏRLƏR

Blinken çinli həmkarı ilə Ukraynanı müzakirə edəcək

ABŞ-nin dövlət katibi Antoni Blinken Pekində çinli həmkarı Van İ ilə görüşüb.   Sfrera.az-ın “Reuters“ə istinadən xəbərinə görə, bağlı qa...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində İŞTİRAK EDİR - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edir. ...

Leysan nəticəsində həbsxanadan 118 məhbus QAÇDI

Nigeriyanın paytaxtı Suleja yaxınlığında leysan yağışlar nəticəsində həbsxanadan 118 məhbus qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv H...

Bakıda qadın buna görə mağazadan QOVULDU - VİDEO

Bakıda mağazalardan birində qəribə hadisə yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbələlərdə yayılıb.   Belə ki, ...

İrəvan Ermənistan və Azərbaycan XİN başçılarının Qazaxıstanda görüş imkanlarını NƏZƏRDƏN KEÇİRİR

İrəvan Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycan xarici işlər naziri (XİN) Ceyhun Bayramovun Qazaxıstanda görüşünün keçirilməsi imkanını nəzə...

Alimlər bu təhlükəli paraziti məhv edə bilən virus aşkarlayıblar

Vyana Universitetinin alimləri təhlükəli birhüceyrəli parazit "Naegleria fowleri" ilə mübarizədə faydalı olan nəhəng viruslar aşkar ediblər. ...