YAP Gənclər Birliyinin sədri niyə siyahıdan kənarda qaldı: Qayınatasına da etimad göstərilmədi

YAP Gənclər Birliyinin sədri niyə siyahıdan kənarda qaldı: Qayınatasına da etimad göstərilmədi


Hakim Yeni Azərbaycan Partiyasının (YAP) 9 fevral növbədənkənar parlament seçkilərində etimad göstərdiyi namizədlərlə bağlı ictimai müzakirələr davam edir. Bəzi nüfuzlu şəxslərin siyahıdan kənarda qalması isə bu müzakirələri daha da alovlandırıb.


Sfera.az-ın məlumatına görə gözləntilərin əksinə olaraq adı seçki siyahısına salınmayan şəxslərdən biri də YAP Gənclər Birliyinin sədri Seymur Orucovdur. Maraqlıdır, YAP gənclərinin liderinin adı siyahıda olmasa da YAP Gənclər Birliyinin 10 il öncəki rəhbəri Ramil Həsənova etimad göstərilib.


Maraqlıdır ki, seçkilərdə YAP-ı Ucardan təmsil edən Ramil Həsənovu bu bölgəylə heç nə bağlamır.


Maraqlı məqamlardan biri də YAP GB-nin sədri Seymur Orucovun qayınatası Şəmsəddin Hacıyevin adı da siyahıda yoxdur. Baxmayaraq ki, Şəmsəddin Hacıyev əslən ucarlıdır və bu rayonda böyük nüfuza malikdir.


Bununla yanaşı YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədovu da namizəd olaraq göstərildiyi Sabirabadla heç nə bağlamasa da namizədliyi oradan verilib.


Baxmayaraq ki, bundan öncəki, indi isə siyahıdan kənarda qalan Sabirabadın deputatı Elçin Quliyev Sabirabadın köklü nəsillərindən birinin nümayəndəsi idi və Sabirabad üçün misilsiz fəaliyyət göstərirdi

 

 

Orxan

Sfera.az


OXŞAR XƏBƏRLƏR