Yanvarda 25 dərəcə şaxta olacaq

Yanvarda 25 dərəcə şaxta olacaq

Yanvar ayına olan hava proqnozu açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yanvar ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxınolacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasəniqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağıehtimalı var.

Bakıda və Abşeron yarımadasında 

Orta aylıq temperaturun 4-6dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 8-13,bəzi günlərdə 0-5 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın(norma18-28mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında 

Orta aylıq temperaturun 3dərəcə şaxtadan 1 dərəcəyədəkisti (gecələr 6-11, bəzi günlərdə 15-20, dağlıq ərazilərdə20-25 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə0-5 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın(norma 14-25mm), bəzi yerlərdə isə bir qədər çoxolacağıgözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında 

Orta aylıq temperaturun 0-4 dərəcə şaxta (gecələr 2-7, bəzi günlərdə 10-15 dərəcə şaxta, gündüzlər 2-7 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın(norma 16-24 mm) olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında 
Orta aylıq temperaturun 1-5 dərəcə isti(gecələr 0-5 dərəcə isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 10-32 mm) olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında 

Orta aylıq temperaturun1 dərəcə şaxtadan 4 dərəcəyədək isti (gecələr 0-5 dərəcə isti, bəzi günlərdə 7-12, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüzlər 5-10dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın(norma 22-49mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında 

Orta aylıq temperaturun 3-6 dərəcə isti (gecələr1-6 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, gündüzlər 8-13,bəzi günlərdə0-5 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 17-30mm), bəzi yerlərdə isə bir qədər çoxolacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında 

Orta aylıq temperaturun2-6dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 0-5, dağlarda 12-17 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti)olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 63-98mm) olacağı gözlənilir.


OXŞAR XƏBƏRLƏR