Yadplanetlilərin tez-tez Azərbaycana gəlməsinin QORXUNC SƏBƏBİ BİLİNDİ: sən demə, onlar insanları... - VİDEO

Yadplanetlilərin tez-tez Azərbaycana gəlməsinin QORXUNC SƏBƏBİ BİLİNDİ: sən demə, onlar insanları... - VİDEO
Son zamanlar Azərbaycanın müxtəlif bölgələrində Uçan Naməlum Obyektlərin (UNO) görünməsi halları artıb. İddialara görə, yadplanetlilərin dünyanın bir sıra ərazilərində bazaları var. Həmin bazalardan biri də Xəzərdə yerləşir. Son günlər UNO-ların Xəzər sahilində görünməsi barədə yeni video görüntülər də qeydə alınıb.
 
Yadplanetlilərin Azərbaycan səmasında son vaxtlar çox görünməsinin səbəbini ufoloq Nazim Əhmədli Publika.az-a açıqlamasında ekoloji tarazlığın pozulması ilə əsaslandırır.

Onun sözlərinə görə, Yer kürəsi yadplanetlilərin nəzarəti altındadır: "Onlar Yer kürəsinin hansı ərazisində ekoloji tarazlığın pozulması, nüvə sınaqlarını, habelə hərbi təlimlərin keçirilməsini müşahidə etsələr, həmin bölgələrdə görünür, o əraziləri nəzarətdə saxlayırlar. Düzdür, onlar Yer kürəsində bəşəriyyətin inkişafına qarışmasalar da, baş verəcək bəzi hadisələrin qarşısını almaq üçün nəzarət edirlər”.
Ufoloq son vaxtlar yadplanetlilərin Azərbaycan səmasında tez-tez görünmələrinin hər hansı narahatlığa əsas vermədiyini deyir.
 
O, fikirlərinə belə davam edir: "Narahatlığa əsas yoxdur. Onların Yerdə bazaları var, bizimlə birgə yaşayırlar. Əgər istəsələr, bir saniyədə Yer kürəsini məhv edərdilər. Lakin onlar bunu istəmirlər. Onların ağlı çox yüksəkdir və Yeri bəlalardan qorumağa qadirdilər. Xəzər ətrafında görünmələrinin birinci səbəbi həmin ərazidə bazalarının olması və ora gəlib-getmələri ilə bağlıdır. Onlar insanların görmədiyi vaxtlarda daha çox gəlməyə çalışırlar, çünki görünmək istəmirlər. Ona görə ki, Yerdəki insanlar onları dərk etməyə hazır deyil. Ara-sıra görünmələrinin səbəbi də yavaş-yavaş insanların şüuruna təsir etməkdir. Yəni onlar kainatda insanların tək olmadığını, özlərinin də var olduğunu göstərmək istəyirlər. İnsanların şüurunda kosmik düşüncə tərzini inkişaf etdirməyə çalışırlar. Onlar birdən-birə görünsələr bəşəriyyət şokda olar. Tamamilə görünməmələri də mümkün deyil. ABŞ onların 4 növü ilə əlaqədədir, texnoloji yeniliklərdə onlardan bəhrələnirlər. Bu ölkənin 51-ci zonasında yadplanetlilərin bazası var. Artıq yüz ilə yaxındır ki, Yer kürəsində texnologiyalar inkişaf edir, 1991-ci ildən kosmik era başlayıb. Ona görə də yadplanetlilər tədricən görünməyə, əlaqə qurmağa çalışırlar. Tədricən əlaqələr inkişaf edəcək, yəqin ki, 50-100 ilə onlar görünəcək, insanlarla təmas quracaqlar. Lakin hələ bəşəriyyət bu görüşə hazır deyil. Düzdür, ayrı-ayrı insanlarla münasibətdə olurlar, amma ümumilikdə Yer kürəsindəki bütün insanlarla əlaqə qurmurlar”.

 
 

OXŞAR XƏBƏRLƏR

“Finala keçməyə qoymadılar” - Xalq artisti

Xalq artisti Flora Kərimova final mərhələsinə keçə bilməyən "Avroviziya 2024" təmsilçilərimiz Fahree və İlkin Dövlətovla bağlı sosial şəbəkə...

Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ

Günəş küləyinin sürətinin müsbət qütblü Yüksək Sürətli Tac dəliyi Axınlarının və TKA-ın təsiri ilə artacağı gözlənilir.   Şamaxı Astrofizika Rəsədxan...

Bu abituriyentlərə üzücü xəbər - Universitetə qəbul ola bilməyəcəklər

Hazırda abituriyentlər kritik dönəmdən keçirlər. Ali məktəbə qəbul imtahanının növbəti mərhələsinə sayılı günlər qalıb. İndi tələbə adını qazanmaq uğrunda yarış...

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BMT-nin Baş katibinin köməkçi...

Bloqqer 26 “Tesla” avtomobilini pulsuz hədiyyə edəcək - FOTOLAR

MrBeast kimi tanınan amerikalı bloqqer Cimmi Donaldson 26 “Tesla” elektrik avtomobilini hədiyyə etmək qərarına gəlib. O, bunu 26 yaşı tamam olması m...

Dünyanın ən bahalı futbol klubunun adı AÇIQLANDI

“Sportico” idman biznes portalı dövrümüzün aparıcı futbol klublarının dəyəri ilə bağlı məlumatları dərc edib.   Sfera.az xəbər verir ki, ...