\"Vətəndaş 120 manat maaşla dolana bilmirsə, bu onun öz günahıdır\" - Nazirliyin şöbə müdiri

\
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Əmək bazarının təhlili və statistika şöbəsinin müdiri İsa Həsənov "Report”a müsahibə verib.

Sfera.az-un məlumatına görə, nazirlik rəsmisi bildirib ki, vətəndaş 120 manatla dolana bilməsəydi, daha yaxşı işə keçərdi.

İsa Həsənov "50-60 arası yaşı olan kişi 120-200 arası maaşla necə ailə saxlaya və ya dolana bilər” sualına belə cavab verib: "Əgər bir şəxs ömür boyu az maaşa işləyibsə, bu onun öz günahıdır. Biz bəzən deyirik ki, dövlətin maaşı çox azdır. Maaş az olduğu halda insanlar öz üzərlərində çalışmalı, əlavə biliklər, bacarıqlar əldə etməli, daha yaxşı maaşlı işlərə yönəlməlidirlər. Kim ki, 10-15-20 il az maaşa qane olub işləyirsə, deməli, bu maaş onu qane edir. Etməsə idi əlavə biliklər əldə edib onu qane edəcək maaş verən işə keçərdi.

Bilirsiz ki, hazırda bazar iqtisadiyyatı dövrüdür. Bazar iqtisadiyyatının da əsas tələblərindən biri, şəxsin özünün rəqabət qabiliyyəti olmasıdır ki, rəqabətə dözə bilsin. Yəni insanların çevikliyindən, hərəkətliliyindən, öz üzərlərində çalışmaqlarından da çox şey asılıdır. İnsanlar yaşam tərzlərini təmin etmək üçün daha çox çalışmalıdır.”

 

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Barmaq şaqqıldatmağın ziyanı varmı? - ARAŞDIRMA NƏTİCƏLƏRİ

Barmaq şaqqıldatmaq bəzi insanların gündəlik vərdişlərindən biridir. Digər tərəfdən, bu vərdişin artrit kimi problemlərə gətirib çıxaracağı ilə bağlı narah...

Ticarətdə meymun diplomatiyası - Yağ alanlara oranqutan hədiyə ediləcək 

Malayziya palma yağı ixrac etdiyi bəzi ölkələrə oranqutan hədiyyə etməyi planlaşdırır.  Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağl...

Azərbaycan və Bolqarıstan prezidentləri mətbuata birgə bəyanatla ÇIXIŞ ETDİLƏR - YENİLƏNDİ - 2

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər. &nbs...

Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər İMZALADI - SİYAHI

Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb.   Sfera.az xəbər verir ki, Baş nazir Əli Əsədov və vitse-prezident Cevdet Yılmaz Azərbayca...

Ərdoğan Əli Əsədovu QƏBUL ETDİ - YENİLƏNDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada rəsmi səfərdə olan Baş nazir Əli Əsədovu qəbul edib.   Sfera.az xəbər verir ki, qəbul zamanı Azərbay...

İlham Əliyev Ərdoğana COP-29-a dəvət məktubu GÖNDƏRDİ

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul olunacağıq.   Sfera.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Türkiyə-Azərbaycan B...