Venesuellanın zəngin uşaqları sosial medianı zəbt etdi - FOTOLAR

Venesuellanın zəngin uşaqları sosial medianı zəbt etdi - FOTOLAR
Hazırda böyük iqisadi böhran içərisində olan Venesuelada gündəm olan məsələlərdən biri də məmurların övladlarının lüks həyatıdır.
 
İngiltərənin "Daily Mail” qəzeti sosialist ölkənin elitasında olanların həyatı barədə geniş yazı verib.
 
Venesuelalı məmur övladlarının zəngin həyatı "Instagram”da özünü göstərir. Qəzetin məlumatına görə keçmiş dövlət başçısı Uqo Çavesin qızı Maria Qabrielin 4 milyard dollardan çox sərvəti var. O bu qədər varidatı "birinci xanım” olduğu zaman yığıb. Atası U.Çavesin vəzifədəykən "zəngin olmaq pisdir” sözünü xatırladan nəşrin iddiasına görə. digər yüksək rütbəli məmurların da uşaqları lüks içində yaşayırlar. Marianın pulu Avropadakı banklardadı və kiçik bacısı Rosines 2016-cı ildə ölkəni tərk etmək məcburiyyətində qalıb. Elə həmin il bir təyyarənin salonunda bir topa pulla çəkdirdiyi şəkli sosial mediada paylaşan 21 yaşlı Rosines hazırda Parisdə yaşayır Çavesdən sonra prezident olan Nikola Maduro və övladları barəsində də oxşar iddialar var. Ötən il İstanbul hava limanında bahalı restoranda çəkilən şəkildən sonra onun iki ögey oğlunun Parisdə bədxərclik etməməsi barədə xəbərlər mətbuata düşdü. Yosval Qavidia Flores və Volter Qavidia Flores adlı həmin şəxslər Parisdə "Ritz” hotelin lüks otaqlarında 18 gecə qalıblar və 45 min dollar pul ödəyiblər. Bu məbləğ 2 min venesuelalının minimum maaşına bərabərdir.

Chavezin qızı bu şəkildən sonra Fransaya köçməli olub

Maduronun sağ əlinin qızı olan Daniela lüks həyatında tez-tez şəkillər paylaşır

OXŞAR XƏBƏRLƏR

Fransa və Almaniya ortaq tank layihəsi ilə bağlı anlaşma memorandumu İMZALADI

Fransa və Almaniya 2040-cı ilə qədər döyüş tankının birgə istehsalı layihəsinin növbəti mərhələsinə keçmək barədə razılığa gəliblər.   Sfera.az "...

Bakıda körpə eyvanda anasının qucağından düşərək ÖLDÜ- YENİLƏNDİ

Prokurorluq Bakıda körpənin mənzilin eyvanından düşərək ölməsi faktı ilə bağlı araşdırma aparır.   Sfera.az xəbər verir ki, aprelin 26-da saat 8 radə...

Prezident: "Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq"

Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir   Sfera.az xəbər verir ki, bu fik...

ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak etdi - FOTO

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ölkəm...

Prezident: "Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq"

Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu...

Prezident: "COP29 qarşıdurma arenası olmayacaq"

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ ...