Usubovun vəzifədən qovduğu polkovnik danışdı: “Aldadıblar”

Usubovun vəzifədən qovduğu polkovnik danışdı: “Aldadıblar”
Xarici ölkə vətəndaşlarına saxta şəxsiyyət vəsiqəsi verməklə qanun pozuntusuna yol verdiyi üçün xidmətdən xaric olunan polis polkovnik-leytenantı Kamil Quliyev məsələ ilə bağlı açıqlama verib.

Sfera.az xəbər verir ki, Tovuz rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Qrupunun sabiq baş inspektoru K.Quliyev "Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu cinayətdə onun əli olmayıb: "Mən 1993-cü ildən daxili işlər orqanlarında xidmət edirəm. Bu müddət ərzində ancaq qanunun aliliyini əsas tutaraq işləmişəm. Heç vaxt qanunsuzluğa yol verməmişəm. Hətta 1993-cü il aprelin 16-da torpaqlarımız uğrunda erməni işğalçıları ilə mübarizə apararkən güllə yarası almışam. İki ali təhsilim var, həmişə xalqıma, el-obama, dövlətimə, prezidentimə, nazirə sədaqətlə xidmət etmişəm.

2014-cü ildə bu sahəyə təzə gələn vaxtımda bir qədər təcrübəsizliyim olub, əməkdaşlar məni aldadıblar, sui-istifadə edərək belə hallara yol veriblər. Mən heç vaxt saxta sənəd verməmişəm, həmin adamların da üzünü görməmişəm. Bu işdə heç bir marağım da olmayıb. Həmin işi görən əməkdaşı özüm aşkar edib işdən çıxarmışam. Vicdanımla deyirəm ki, bu işdə mənim əlim yoxdur”.

Qeyd edək ki, K.Quliyev xidməti fəaliyyətində yol verdiyi ciddi nöqsanlara görə Daxili İşlər naziri Ramil Usubovun əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric olunub.

OXŞAR XƏBƏRLƏR

Bakı həbsxanasında saxlanılan Vardanyan aclığı DAYANDIRDI

Bakıda həbsdə saxlanılan qondarma “artsaxın keçmiş dövlət naziri” Ruben Vardanyan ailəsi ilə əlaqə saxlayıb.   Sfera.az bildirir ki, bu b...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində İŞTİRAK EDƏCƏK

XV Petersberq İqlim Dialoqunun ikinci günü başlayıb.   Sfera.az-ın Berlinə ezam olunmuş əməkdaşı xəbər verir ki, Prezident İlham Əliyev Berlində apre...

Bakıda evdə meyit TAPILDI

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyət...

"Mən qızımı oxuduram, yetkinlik yaşına çatmayıb" - Qaçırılan azyaşlının ATASI

Azərbaycanda daha bir qız qaçırılıb.   Sfera.az bildirir ki, bu barədə Qadın və Uşaq Sığınacağı məlumat paylaşıb. İctimai birlik qeyd edib ki, bununl...

Azərbaycanda bu xanım jurnalistə VƏZİFƏ VERİLDİ - FOTO

Laçın rayonuna köçən jurnalist Yeganə Quliyevaya vəzifə verilib.   Sfera.az xəbər verir ki, bu barədə Metbuat.az-a jurnalist özü məlumat verib. ...

"Rusiya Paşinyanın may ayında baş tutacaq səfərini gözləyir" - Overçuk

Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk Ermənistan hökumətinin başçısı Nikol Paşinyanın Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində iştirak...