Uşaqlar koronavirusun gizli daşıyıcılarıdır - Valideynlər diqqətli olun

Uşaqlar koronavirusun gizli daşıyıcılarıdır - Valideynlər diqqətli olun
 

Koronavirusa yoluxan uşaqlarda simptomlar özünü zəif şəkildə göstərir. Onların infeksiyanın gizli daşıyıcıları olduqları aşkarlanıb. Sfera.az medicina.az-a istinadən bildirir ki, çinli alimlər müəyyən araşdırmalardan sonra belə qənaətə gəliblər.

Mütəxəssislər koronavirusa yoluxmuş xəstələrlə yaxından təmasda olmuş və ya yoluxma halları qeydə alınan ailə üzvləri olan iki aylıqdan 15 yaşa qədər 745 uşaq arasında tədqiqat aparıb.

Yoxlamalardan sonra cəmi 10 uşağa (1,3 faiz) koronavirus diaqnozu qoyulub, lakin onların heç birində ciddi simptomlar müşahidə edilməyib. Yeddi uşaqda temperatur 39 dərəcəni keçməyib.
Alimlər qeyd edirlər ki, bəzi hallarda uşaqlarda boğaz ağrısı, öskürək və burun tutulması olur, lakin yetkin xəstələrin əziyyət çəkdiyi əzələ və baş ağrısı müşahidə edilməyib. Döş qəfəsinin rentgeni uşaqların heç birində sətəlcəm əlamətləri göstərməyib.

Bununla belə, virusa yoluxmuş uşaqların digər uşaqları uzun müddət sonra da yoluxdura bilmə ehtimalı var.

 

Xəstəxanadan buraxılarkən uşaqlarda burun və boğazdan götürülən yaxma analizləri onlarda koronavirusun olmadığını göstərsə də, 13 gün sonra nəcislərində virus müəyyən edilib. Bu da uşaqların gizli şəkildə virus daşıyıcısı olduğunu sübut edir.


OXŞAR XƏBƏRLƏR

Barmaq şaqqıldatmağın ziyanı varmı? - ARAŞDIRMA NƏTİCƏLƏRİ

Barmaq şaqqıldatmaq bəzi insanların gündəlik vərdişlərindən biridir. Digər tərəfdən, bu vərdişin artrit kimi problemlərə gətirib çıxaracağı ilə bağlı narah...

Ticarətdə meymun diplomatiyası - Yağ alanlara oranqutan hədiyə ediləcək 

Malayziya palma yağı ixrac etdiyi bəzi ölkələrə oranqutan hədiyyə etməyi planlaşdırır.  Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağl...

Azərbaycan və Bolqarıstan prezidentləri mətbuata birgə bəyanatla ÇIXIŞ ETDİLƏR - YENİLƏNDİ - 2

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər. &nbs...

Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər İMZALADI - SİYAHI

Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb.   Sfera.az xəbər verir ki, Baş nazir Əli Əsədov və vitse-prezident Cevdet Yılmaz Azərbayca...

Ərdoğan Əli Əsədovu QƏBUL ETDİ - YENİLƏNDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada rəsmi səfərdə olan Baş nazir Əli Əsədovu qəbul edib.   Sfera.az xəbər verir ki, qəbul zamanı Azərbay...

İlham Əliyev Ərdoğana COP-29-a dəvət məktubu GÖNDƏRDİ

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul olunacağıq.   Sfera.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Türkiyə-Azərbaycan B...