UNİCEF: Qəzza zolağında mindən çox uşaq yaralanıb

UNİCEF: Qəzza zolağında mindən çox uşaq yaralanıb
BMT-nin Uşaq Fondu UNİCEF Qəzza zolağında 30 mart tarixindən etibarən davam edən "Böyük qayıdış yürüşü”ndə iştirak edən mindən çox fələstinli uşağın ciddi və xəsarətlərin izi qalacaq şəkildə yaralandığını bildirib.

Sfera.az xəbər verir ki, UNİCEF yaydığı hesabatda 70 min adamın tibbi ehtiyacını ödəmək üçün regiona iki yük maşını dolu tibbi ləvazimat göndərdiyini bildirib. Göndərilən tibbi ləvazimatlara antibiotik və şprislər daxildir.

Son dövrlər regionda artan İsrail zorakılığı üzündən yanacaq, elektrik və tibbi vasitələrin qıtlığı üzündən onsuz da zəif olan səhiyyə sistemi çökmə həddinə gəlib. Yaralanan uşaqlar arasında hətta orqanları amputasiya olanlar da var.

İsrailin uşaqları hədəf seçməsinə etiraz edən hesabatda uşaqların hədəfə alınmaması və qorunmasının vacibliyi qeyd olunub.
 
Sfera.az



OXŞAR XƏBƏRLƏR

Hər il 300 qətl: Dəbdəbəli kurort dünyanın ən təhlükəli yerlərindən biri seçildi

Möhtəşəm çimərlikləri, dünya səviyyəli kurortları və canlı gecə həyatı ilə tanınan Los Kabos Meksikanın ən məşhur istirahət yerlərindən biridir. Bununla belə, b...

Yalnız məşq üçün otaqdan çıxır: “Eurovision” iştirakçısı ölümlə hədələnir

İsraildən olan Eurovision iştirakçısı Eden Qolan bu gün “Eurovision" yarımfinalında çıxış edəcək.    Sfera.az bildirir ki, bütün...

“Avroviziya-2024”ün ikinci yarımfinalından - VİDEO

İsveçin Malmö şəhərində 68-ci “Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına start verilib.   Sfera.az xəbər verir ki, Malmö ...

Müəmmalı işçi ölümləri: Son iki gündə qəzaya uğrayan təyyarələr

Türkiyəyə eniş edən "Boeing" təyyarəsinin təkəri partlayıb. Bu, istehsal nəhəngi tərəfindən cəmi iki gün ərzində texniki problem və ya qəzaya uğrayan ...

Ümummilli lider Heydər Əliyevin doğum günüdür

Bu gün bütün türk dünyasının iftixarı, dünyaşöhrətli müdrik siyasi şəxsiyyət və görkəmli dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu...

Bu ərazidə evlər plana düşdü - VİDEO

Bakının Xətai rayonu, Yusif Səfərov ünvanında yerləşən birmərtəbəli yaşayış evləri və obyektlər sökülür.   Sahibkarlar və sakinlər iddia edirlər ki, ...