Türkiyə PKK-ya qarşı daha bir əməliyyata başladı

Türkiyə PKK-ya qarşı daha bir əməliyyata başladı
 

Türkiyə ölkə daxilində PKK terror təşkilatına qarşı daha bir hərbi əməliyyata başlayıb.

"Yeni Sabah" Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat Şırnak, Mardin və Batman vilayətlərini əhatə edəcək əməliyyat "Kıran-2" adlandırılıb. 

Bildirilir ki, "Kıran-2"-yə avqustun 27-də start verilib. Əməliyyata xüsusi polis təyinatlıları və təhlükəsizliyi təmin edən keşikçilər cəlb olunublar. Ümumilikdə "Kıran-2"də 17 batalyon, 117 əməliyyat qrupu, 1750 şəxsi heyət iştirak edir.

Qeyd edək ki, hərbi əməliyyatın məqsədi sözügedən vilayətlərin kənd yerlərində fəaliyyət göstərən PKK terrorçularını aşkarlamaq, zərərsizləşdirmək, onların sığınacaqların; və anbarları təsbit edərək məhv etmək, yararsız hala salmaqdır.


OXŞAR XƏBƏRLƏR