Turistlərimizin sayı artıb

Turistlərimizin sayı artıb

Azərbaycana bu ilin doqquz ayında gələn turistlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 11 faiz artıb.

Sfera.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyindən AzVision.az-a verilən məlumata görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İsmayıllıda "Azərbaycanın şimal-qərb bölgəsində turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusuna həsr olunan müşavirədə çıxış edərkən deyib.

Ə.Qarayev turizm sahəsində aparılan islahatların artıq intensiv xarakter aldığını nildirib. O qeyd edib ki, turizmin inkişafı tədbirlərinin ölkə üzrə balanslaşdırılmış şəkildə həyata keçirilməsi, bütün potensialın turizm proseslərinə cəlb olunması regionların sosial-iqtisadi inkişafının yüksəlməsinə, habelə Azərbaycanın bir məkan kimi daha geniş turizm bazarlarına inteqrasiya etməsinə şərait yaradır.

Nazir bildirib ki, şimal-qərb regionu (Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki inzibati rayonlarının, eləcə də Şamaxı, Ağsu və İsmayıllı rayonları) müxtəlif turizm növlərinin inkişaf etdirilməsi üçün münasibdir.

Burada ekoturizm, mədəni turizm, sağlamlıq turizmi və sair turizm növləri üçün geniş potensial var. Şimal-qərb bölgəsi üzrə "Şərab yolu”, "Böyük İpək yolu”, "Aleksandr Düma Qafqazda”, "Polyak izləri” beynəlxalq turizm marşrutları, eləcə də İsmayıllı-Basqal-Lahıc istiqaməti üzrə "Qırxotaq Əfsanələri” və "Fit qalası”, Qəbələ-Şəki-Qax istiqaməti üzrə "Qədim Qafqaz Albaniyasının tarixi izləri”, Qəbələ-Şəki-Tovuz-Şəmkir-Ağsu istiqaməti üzrə isə "Azərbaycanda Arxeolojı Turizm” mədəni turizm marşrutları yaradılıb


OXŞAR XƏBƏRLƏR

Sülh sazişi ən qısa zamanda imzalanmalıdır - ƏRDOĞAN 

Azərbaycanla Ermənistan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır.   Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərd...

“Miss USA 2023” gözəllik kraliçası titulundan imtina etdi: Səbəb

“Miss USA 2023” seçilən 24 yaşlı Noelia Voyt sahib olduğu tituldan imtina etdiyini İnstaqramda elan edərək pərəstişkarlarını şoka salıb. Qız bu addı...

“Azərpoçt” sabah xüsusi rejimdə işləyəcək

Mayın 9-u Azərbaycanda qeyri-iş günü olsa da vətəndaşların poçt, maliyyə, “postcargo” və digər xidmətlərdən rahat istifadə edə bilməsi məqsədilə &ld...

Bu ərazilərdə yağış, Xınalıqda qar yağdı

Mayın 8-i saat 20:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.   Bu barədə Milli Hid...

Yer kürəsində 11 ay dalbadal rekord dərəcədə isti hava davam edib

2024-cü ilin aprel ayı Yer kürəsində ardıcıl 11-ci rekord istilik ayı olub. Sfera.az xəbər verir ki, Avropa İqlim Dəyişikliyi Xidməti "Copernicus&qu...

Bill Gates dünyanın ilk hidrogen yaxtasını 600 milyon dollara satır

Dünyanın ilk hidrogen superyaxtası 600 milyon dollardan çox qiymətə satışa çıxarılıb. Bu yaxta hidrogen yanacağı ehtiyatını -217 Selsi temperaturunda saxlamalıd...