Dünya

Tramp səfirlikdə yoxa çıxan jurnalistlə bağlı səudiyyəlilərlə görüşəcək

Tramp səfirlikdə yoxa çıxan jurnalistlə bağlı səudiyyəlilərlə görüşəcək
ABŞ Dövlət Departamentinin mətbuat üzrə nümayəndəsi Hizer Noyert Səudiyyə Ərəbistanın İstanbulda yerləşən Baş Konsulluğuna daxil olaraq yoxa çıxan jurnalist Camal Kaşıkçı ilə bağlı jurnalistlərin sualına cavab verib.

Sfera.az xəbər verir ki, Noyert "Məsələni izləyirik. Prezident səudiyyəlilərlə danışacaq. O görüşü qabaqlamaq istəmirik” deyə bildirib.

"ABŞ-ın insidentə nə üçün gec reaksiya verməsi” ilə bağlı suala Noyert etiraz edərək, ABŞ-ın jurnalistin yoxa çıxmasını arxa plandan izlədiyini bildirib.

Rəsul
Sfera.az
 



 
AdRiver

XƏBƏR LENTİ