Təşkilata qatılanlara ilk bunu edirlər – PKK-çı qadın açıqladı

Təşkilata qatılanlara ilk bunu edirlər – PKK-çı qadın açıqladı
PKK-ya qatıldıqdan 1 il sonra Türkiyə təhlükəsizlik qüvvələrinə tabe olan qadın terror təşkilatına üzv olan şəxslərin dindən uzaqlaşdırıldığını açıqlayıb.

Adı gizli saxlanılan qadın polisə ifadəsində bu sözləri deyib:

"İlk olaraq bizi dinimizdən uzaqlaşdırdılar. Müqəddəs kitabımızı, Məhəmməd Peyğəmbəri söydülər. PKK-ya qoşulanlar dinlərindən vaz keçməyə məcbur edilirlər. Onlar hətta Allahı belə çox ağır şəkildə təhqir edirlər”.

R.K adlı qadın təşkilat liderlərinin terrorçularla sərt davrandığını, şübhələndikləri üzvləri öldürdüklərini vurğulayıb.Axar.az

OXŞAR XƏBƏRLƏR