Telman İsmayılovun gizli mülkləri tapıldı: evlər, mənzillər, torpaq sahələri

Telman İsmayılovun gizli mülkləri tapıldı: evlər, mənzillər, torpaq sahələri
 

Rusiyanın "İzvestiya” qəzetinin əməkdaşları hazırda beynəlxalq axtarışda olan azərbaycanlı iş adamı Telman İsmayılovla bağlı araşdırma aparıblar. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, sən demə qara günlərinin başlayacağını hiss edən İsmayılov bir neçə mənzilini, şirkətini və ona məxsus iri torpaq sahələrin yaxın qohumlarının adına keçiribmiş. Araşdırma zamanı məlum olub ki, Moskvanın Kutuzov prospektində 12 yaşlı nəvəsi Telmanın adına bir neçə mənzil varmış.

Məlumata görə, bundan başqa Moskva vilayətindəki torpaq sahələrini və evlərini müflis elan olunmamışdan əvvəl "Demetra” investitsiya fonduna satıbmış. Bu ərazilərdəki torpaq sahəsi və evlərin qiyməti 197 milyon rubl, təxminən 3 milyon 400 min dollar təşkil edir.

Bundan başqa "Demetra” İsmayılovdan Skolkovo qəsəbəsi ərazisində 2 min kvadratmetrlik torpaq sahəsini də alıbmış.

Araşdırma zamanı o da məlum olub ki, bütün alqı-satqı baş ofisi Rostovda yerləşən "Novıe texnologii upravleniya” şirkəti tərəfindən aparılıb.


OXŞAR XƏBƏRLƏR

Prezident: "Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq"

Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir   Sfera.az xəbər verir ki, bu fik...

ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak etdi - FOTO

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ölkəm...

Prezident: "Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq"

Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu...

Prezident: "COP29 qarşıdurma arenası olmayacaq"

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ ...

Prezident: "Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"

Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İl...

Prezident: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir.   Sfera.az xəbər verir...