AKTUAL

Suraxanı icra hakimiyyətinin əməkdaşları yolda maşınla oyun çıxartdılar - VİDEO

Suraxanı icra hakimiyyətinin əməkdaşları yolda maşınla oyun çıxartdılar - VİDEO
 

Yeşikləri maşınla vuraraq yola dağıdıblar.

Küçədə meyvə satan şəxsə maddi ziyan vuran icra hakimiyyəti əməkdaşları barədə redaksiyamıza şikayət daxil olub. Sfera.az bildirir ki,  Avtosfer.az-a məlumat verən şəxs bildirir ki, Hövsan qəsəbəsində (Baku Bus-un yaxınlığında) küçədə meyvə satan zaman, altı nəfər ona yaxınlaşaraq meyvə satmasına mane olub. Onlar özlərini Suraxanı rayon icra hakimiyyətinin əməkdaşları kimi təqdim edərək burada meyvə-tərəvəz satılmasının qadağan olduğunu bildiriblər. Qeyd etdiyimiz şəxslərdən biri sonradan idarə etdiyi 99-SD-897 qeydiyyat nişanlı "Mitsubishi Pajero" markalı avtomobillə həmin meyvə yeşiklərini vuraraq yola aşırıb. Nəticədə satıcıya maddi ziyan dəyib.

Onlar meyvə yeşiklərini vurub aşırtdıqdan sonra hadisə yerindən uzaqlaşıblar.

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031