Sumqayıtda dəniz kənarında meyit tapıldı - ANS-in keçmiş işçisi olub

Sumqayıtda dəniz kənarında meyit tapıldı - ANS-in keçmiş işçisi olub

Bir neçə gün əvvəl itkin düşməsi barədə məlumat verilən Pərviz Quliyevin bu gün Sumqayıtda meyidi aşkar olunub.

Onun "Mayak" adlanan ərazidə intihar etdiyi bildirilir (özünü asıb).

Sfera.az bildirir ki, "Şəbəkə"nin efirqabağı baxışında işləyən Pərvizə iş yoldaşları Allahdan rəhmət diləyib və bu sözləri qeyd ediblər:

"Ailə üzvlərimizə, yaxınlarımıza qarşı maksimum diqqətli olaq. Onları qoruyaq. Sonra gec olur".

 

 


Bundan başqa qeyd edilib ki, 1990-cı il təvəllüdlü Pərviz İlqar oğlu Quliyev bir vaxtlar ANS-də "efirqabağı nəzarət otağı"nın əməkdaşı kimi çalışıb.

 

 

 


*****

Smqayıt şəhərində dəniz kənarından kişi meyiti tapılıb.

ONA-nın yerli bürosunun verdiyi məlumata görə, şəhərin dənizkənarında, "Mayak" adlanan ərazidə asılmış kişi meyiti aşkarlanıb.

Aparılan araşdırmalar nəticəsində meyiti tapılan şəxsin, Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Pərviz Quliyev olması müəyyən edilib.

Meyit müayinə olunmaq üçün ekspertizaya təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. 


OXŞAR XƏBƏRLƏR