Dünya

Sudanda etirazçıların düşərgəsi dağıdılır, 3 nəfər ölüb, 60 nəfər yaralanıb

Sudanda etirazçıların düşərgəsi dağıdılır, 3 nəfər ölüb, 60 nəfər yaralanıb
 
Sudanın paytaxtı Xartumda Müdafiə Nazirliyi binası yaxınlığında etiraz edənlərin çadır düşərgəsinin dağıdılması nəticəsində 3 nəfər ölüb və 60 nəfər yaralanıb.

"Sky News Arabia" telekanalı xəbər verir ki, bu barədə müxalif "Sudanlı həkimlər komitəsi"ndən bildiriblər.

Qeyd edək ki, Sudan ordusu bu gün səhər saatlarında Xartumdakı əsas ordu komandanlığı yaxınlığındakı meydanda çadır düşərgəsini dağıtmağa başlayıb. TV-nin məlumatına görə, odlu silahlardan fəal şəkildə istifadə olunur. Təhlükəsizlik qüvvələri Xartumun bütün mərkəzi küçələrini və meydana aparan yolları bağlayıb/Report.

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031