Texnologİya

“Sofiya”nın Azərbaycana gətirilməsinə nə qədər pul xərclənib - RƏSMİ

“Sofiya”nın Azərbaycana gətirilməsinə nə qədər pul xərclənib - RƏSMİ
Robot "Sofiya”nın Azərbaycana gətirilməsi qarşılıqlı tərəfdaşlıq çərçivəsində baş tutub.

Sfera.az modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib.

O qeyd edib ki, robotun ölkəmizə gətirilməsi üçün hər hansı vəsait xərclənməyib:

"Hazırda danışıqlar aparılır ki, gələcəkdə robot "Sofiya” iştirak edəcəyi beynəlxalq tədbirlərdə və görüşlərdə "ASAN-xidmət" modelinin təbliği ilə məşğul olsun".

E.Niftəliyevin sözlərinə görə, "Sofiya” 2 gün müddətində "ASAN-xidmət"in qonağıdır.
 

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031