SOCAR-ın istiqrazlarına tələb 2 dəfə artıb

SOCAR-ın istiqrazlarına tələb 2 dəfə artıb
 
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən ölkə vətəndaşları və qurumları üçün 100 mln. ABŞ dolları məbləğində kütləvi buraxılmış korporativ istiqrazlarına yaranmış tələbat mövcud təklifi 2 dəfədən çox üstələyib.
Sfera.az xəbər verir ki, bu barədə "Report”a Şirkətdən məlumat verilib.
Qeyd olunub ki, sentyabrın 20-dən sifariş toplanmasına başlanan 5 il müddətli, 3 aydan bir faiz ödənişli, 100 mln. dollar məbləğində buraxılan SOCAR istiqrazlarının sifariş toplama prosesi oktyabrın 10-da tamamlanıb.
"ASAN Xidmət”, "Azərbaycan Beynəlxalq Bankı”, "Azər-Türk Bank”, "Xalq Bank”, "Kapital Bank”, "Rabitəbank”, "AzFinance”, "İnvest-Az”, "PAŞA Kapital” və anderrayterliyi öhdəsinə götürən "PSG Capital”ın işbirliyi ilə toplanmış ön sifarişlərin yekun sifariş halına gəlməsindən sonra bölüşdürülməsi prosesi oktyabrın 12-də, yerləşdirilməsi isə oktyabrın 13-də gerçəkləşdiriləcək. Oktyabrın 14-dək Maliyyə Bazarlarına Nəzarət Palatasının təsdiqləməsindən sonra oktyabrın 17-də ikinci bazar əməliyyatlarına start veriləcək.
Dəyəri 100 mln. dollar təşkil edən SOCAR istiqrazlarının buraxılışı qarşılığında ümumilikdə 203,604 mln. dollarlıq sifariş toplanıb. Bölüşdürmə əməliyyatında üstünlük emissiya prospektində yazıldığı kimi, fiziki şəxslərə (vətəndaşlara) veriləcək, sonra isə hüquqi şəxslərin tələbləri qarşılanacaq.
Yekun nəticələr oktyabrın 14-də dəqiqləşəcək. İnvestorların qarşılana bilinməyən tələbinin onların bank hesablarına geri qaytarılmasına başlanacaq və ən gec oktyabrın 18-də həmin proses yekunlaşdırılacaq.


OXŞAR XƏBƏRLƏR

Barmaq şaqqıldatmağın ziyanı varmı? - ARAŞDIRMA NƏTİCƏLƏRİ

Barmaq şaqqıldatmaq bəzi insanların gündəlik vərdişlərindən biridir. Digər tərəfdən, bu vərdişin artrit kimi problemlərə gətirib çıxaracağı ilə bağlı narah...

Ticarətdə meymun diplomatiyası - Yağ alanlara oranqutan hədiyə ediləcək 

Malayziya palma yağı ixrac etdiyi bəzi ölkələrə oranqutan hədiyyə etməyi planlaşdırır.  Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağl...

Azərbaycan və Bolqarıstan prezidentləri mətbuata birgə bəyanatla ÇIXIŞ ETDİLƏR - YENİLƏNDİ - 2

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər. &nbs...

Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər İMZALADI - SİYAHI

Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb.   Sfera.az xəbər verir ki, Baş nazir Əli Əsədov və vitse-prezident Cevdet Yılmaz Azərbayca...

Ərdoğan Əli Əsədovu QƏBUL ETDİ - YENİLƏNDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada rəsmi səfərdə olan Baş nazir Əli Əsədovu qəbul edib.   Sfera.az xəbər verir ki, qəbul zamanı Azərbay...

İlham Əliyev Ərdoğana COP-29-a dəvət məktubu GÖNDƏRDİ

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul olunacağıq.   Sfera.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Türkiyə-Azərbaycan B...