Hadİsə

Səttar Möhbalıyev AHİK-in sanatoriya-kurort müəssisələrindəki şəraitlə tanış olub

Səttar Möhbalıyev AHİK-in sanatoriya-kurort müəssisələrindəki şəraitlə tanış olub
Avqustun 6-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev AHİK-in sanatoriya-kurort müəssisələrində olub. AHİK sədri sanatoriyalardakı şəraitlə tanış olub və orada müalicə olunan vətəndaşlarla görüşüb.


Bilgəh Kardioloji Sanatoriyasındakı vəziyyətlə tanış olan Səttar Möhbalıyev burada müalicə olunan vətəndaşlara göstərilən xidmətin səviyyəsi ilə maraqlanıb. O qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığı ilə kurortların inkişafına dair dövlət proqramı hazırlanıb. Dövlət Proqramı ilə əlaqədar AHİK sanatoriyaların tikintisi və təmiri işlərini aparır. AHİK sədri bildirib ki, bu gün sanatoriya və istirahət mərkəzlərinin 85 faizi konfederasiyanın balansındadır. Sanatoriyaların əksəriyyətinin 1988-ci ildən başlayaraq yararsız vəziyyətə düşdüyünü deyən S.Möhbalıyev vurğulayıb ki, onların bəzilərində qaçqın və məcburi köçkünlər məskunlaşıbdır.
 
Əksər sanatoriya və istirahət mərkəzlərində təmir-tikinti işi aparılıb, bəziləri isə tamamilə yenilənib. Sanatoriyalar bütün zəruri avadanlıqlarla, o cümlədə müasir tibbi avadanlıqlarla,  idman qurğuları ilə, istirahət guşələri ilə tam təchiz edilib.
Vətəndaşlarla söhbətində 1990-cı illərin əvvəllərində Azərbaycan iqtisadiyyatının tənəzzülə uğradığını xatırladan deputat həmin dövrlərdə AHİK-də maliyyə vəziyyətinin yaxşı olmadığını bildirib. Səttar Möhbalıyev əlavə edib ki, ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra ölkənin iqtisadiyyatı dirçəldi.
 
 
AHİK-in də maliyyə imkanları yaxşılaşdı. S.Möhbalıyev deyib ki, konfederasiya maliyyə vəsaitindən səmərəli istifadə edir. Sahə həmkarlar ittifaqlarına tapşırılıb ki, balabslarında olan sanatoriya və istirahət mərkəzlərində təmir-tikinti işlərini mütəmadi həyata keçirsinlər. Bundan başqa, əldə olunan vəsaitdən ehtiyat fondu yaradılıb. Bunun nəticəsində dəmiryolu, rabitə, təhsil işçilərinin və digər dövlət qurumlarının həmkarlar ittifaqları Nabranda müasir standartlara uyğun istirahət mərkəzləri tikiblər. Mədəniyyət işçiləri Həmkarlar İttifaqı da hal-hazırda öz üzvləri  üçün  istirahət mərkəzinin tikintsini yekunlaşdırmaqdadır.
 

AHİK sədri həmçinin bildirib ki, konfederasiya tərəfindən "Kurort” Səhmdar Cəmiyyətinə maliyyə vəsaiti yönəldilir. Bu qurum müalicə sanatoriyalarının müasirləşdirilməsində mütəmadi işlər aparır. Hazırda Həmkarlar ittifaqının xətti ilə Naftalan şəhərində 200-220 nəfərlik yeni sanatoriya tikilir
 Sahə həmkarlar ittifaqları 30-35 min nəfərədək həmkarlar ittifaqı üzvünün  sanatoriyalarda müalicə və istirahətlərini təmin edirlər.

Səttar Möhbalıyev məlumat verib ki, Dövlət Neft Şirkəti öz əməkdaşlarının müxtəlif sanatoriya və istirahət mərkəzlərinə göndərilməsi üçün AHİK-ə ildə 5 milyon manat vəsait ayırır. Bu vəsait hesabına sanatoriyalar yeni və müasir tibbi avadanlıqlarla təmin edilib.  Uşaqların da istirahəti diqqət mərkəzindədir. 5 min məktəblinin istirahəti AHİK tərəfindən təmin olunub. 15 min uşaq isə ailəsi ilə birlikdə istirahətə göndərilib.

Müalicə sanatoriyalarındakı və istirahət mərkəzlərindəki qiymətlərə gəlincə isə AHİK sədri bildirib ki, orta qiymət 600 manatdır. Qiymət artımı edilməməsinin səbəbini S.Möhbalıyev istirahət edənlərin sayında azalma riskinin ola biləcəyi ilə izah edib. O, həmçinin 20 mindən çox şəhid ailəsinə, Qarabağ müharibəsi əlilinə və aztəminatlı insanlara AHİK tərəfindən yardım göstərildiyini deyib.

Daha sonra Səttar Möhbalıyev Mərdəkan qəsəbəsindəki "Günəşli” nevroloji, "Abşeron” mədə-bağırsaq müalicəsi, "Qaranquş” uroloji, həmçinin Şıx qəsəbəsindəki dayaq və hərəkət sistemlərinin müalicəsi sanatoriyalarında olub. Bu sanatoriyalarda istirahət edən və müalicə alan vətəndaşların tibbi prosedurları, şəraiti ilə tanış olub. O, sanatoriyaların ərazisində yeni tikilən korpuslara baxıb, yeni istifadəyə verilmiş tibbi avandanlıqlardan istifadə prosesi ilə maraqlanıb, həmçinin  müalicə olunan vətəndaşların ərzaq və qida təminatı ilə tanış olub.
AdRiver

XƏBƏR LENTİ

«    Dekabr 2018    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31