Şəhidlərin qırxı çıxmamış toy edən məşhur iş adamı kimdir? – FOTO

Şəhidlərin qırxı çıxmamış toy edən məşhur iş adamı kimdir? – FOTO
Dünən Azərbaycanda tətbiq olunan karantin rejimi ilə əlaqədar qoyulan qadağalara baxmayaraq, bir neçə toy məclisinin keçirilməsi ilə bağlı xəbər vermişdik.

Sfera.az xəbər verir ki, həmin toy məclislərindən birini "Şərurlu İsfəndiyar” kimi tanınan, məşhur tikinti maqnatı İsfəndiyar Axundov təşkil edibmiş. Dünən iş adamının qardaşı İmran Axundovun oğlu Məhəmməd Axundov ailə həyatı qurub.

Məlumata görə, toyda yalnız qohumlar və bəyin yaxın dostları iştirak edib. Dünən yayılan videogörüntülərin isə həmin toya aid olub-olmadığı dəqiq bilinmir. Görüntülərin Məhəmməd Axundovun toyuna aid olduğu ona görə iddia olunur ki, toy Şərurda baş tutub. Amma ailəni yaxından tanıyan şəxslərin dediyinə görə, M.Axundov dindardır və onun toyunda bu cür musiqinin olması inandırıcı deyil.

Bu gün Şərurda təşkil olunan toyla bağlı rəsmi məlumat da yayılıb. Məlumatda toy təşkilatçılarının saxlanıldığı qeyd olunsa da, toy sahibinin kimliyi açıqlanmayıb.

Daxili İşlər Nazirliyinin əməkdaşları paytaxt Bakıda toy məclisi keçirənləri də müəyyənləşdirib. Rəsmi məlumat yayıldıqdan sonra həmin görüntülərin kimin toyuna aid olduğu, eləcə də Axundovların toy məclisinin harada keçirildiyi məlum olacaq.

Qeyd edək ki, sözügedən görüntülər sosial şəbəkələrdə də ciddi etirazlarla qarşılanıb. Bu etirazlar isə təkcə karantin qaydalarının pozulması ilə bağlı deyil.

Etiraz edənlər toy sahiblərini daha çox şəhidlərimizin "qırx” mərasimlərinin çıxmasını gözləmədən şadyanalıq etdiklərinə görə tənqid ediblər.(Bakipost)



OXŞAR XƏBƏRLƏR

Prezident: "Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq"

Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir   Sfera.az xəbər verir ki, bu fik...

ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak etdi - FOTO

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ölkəm...

Prezident: "Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq"

Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu...

Prezident: "COP29 qarşıdurma arenası olmayacaq"

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ ...

Prezident: "Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"

Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İl...

Prezident: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir.   Sfera.az xəbər verir...