Şagird dəftərində biabırçı səhv edən şirkət

Şagird dəftərində biabırçı səhv edən şirkət

Azərbaycan məktəblilər üçün istehsal edilmiş dəftərlərin üzərində kobud səhvə yol verilib.

Avropa.info xəbər verir ki, "Oyal” şirkətinin istehsal etdiyi dəftərlərin üzərində Nəsrəddin Tusi dramaturq kimi göstərilib. Dəftərin üzərində "Elm səbəb, əməl isə nəticədir” sözlərinin müəllifi Nəsrəddin Tusi dramaturq kimi təqdim edilməsi çox kobud səhvdir.

Görkəmli Azərbaycan filosofu, alimi və dövlət xadimi Nəsrəddin Tusini dramaturq kimi göstərən şirkət təmsilçiləri bunun mətbəə xətası oluğunu deyə bilərlər. Amma bu cavab heç bir halda belə kobud səhvə bəraət qazandıra bilməz. Bu səhv ibtidai sinif şagirdlərində yanlış bilgilərin yer almasına səbəb ola bilər. Yaddaşında Nəsrəddin Tusini dramaturq kimi saxlayan məktəbli doğru məlumatla qarşılaşdıqda şübhələrə düşə bilər.

Sfera.az


OXŞAR XƏBƏRLƏR