Rusiya şirkətləri ilə 13 müqavilə imzalandı

Rusiya şirkətləri ilə 13 müqavilə imzalandı

Moskvada davam edən Azərbaycanın da eksklüziv partnyor olduğu ərzaq sərgisində ölkə şirkətləri 11 müqavilə imzalayıb.

İqtisadiyyat Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Azərbaycanın fındıq istehsalçısı olan "Xanel" şirkəti Rusiyaya 40 ton fındıq ixracına dair bu ölkənin müvafiq sahədə fəaliyyət göstərən şirkəti ilə müqavilə imzalayıb. "Xanel" şirkətinin Rusiyanın distribütor şirkəti ilə imzaladığı digər müqaviləyə əsasən isə bu ölkəyə 80 ton fındıq ixrac olunacaq.

Azərbaycanın meyvə-tərəvəz məhsulları ilə yanaşı, şirniyyatları da "Worldfood Moscow" Sərgisinin ziyarətçiləri və Rusiya şirkətləri tərəfindən maraqla qarşılanıb. Sərgi çərçivəsində bu sahədə irihəcimli müqavilələri Azərbaycanın "Şirin" MMC şirkəti imzalayıb. "Şirin" MMC ilə Rusiyanın "Mir sladosti" şirkəti arasında imzalanmış müqaviləyə əsasən, Rusiyaya 200 ton qənnadı məhsulları ixrac olunacaq.

Rusiyanın Vladivostok, Tümen, Krasnoyarsk, Nijni Novqorod, İrkutsk və Tambov vilayətlərinin, həmçinin Ural regionunun distribütor şirkətləri ilə imzalanmış müqavilələrə uyğun olaraq, "Şirin" MMC bu vilayətlərin hər birinə 30 ton qənnadı məhsulları ixrac edəcək.

Bundan başqa, sərgi zamanı Azərbaycanın "Əmin qida sənaye" MMC şirkəti şəkərli vanil və qabartma tozunun Rusiyaya ixracına dair bu ölkənin distribütor şirkəti ilə razılıq əldə edib.

Ümumilikdə, "Worldfood Moscow" Beynəlxalq Ərzaq Sərgisinin işə başladığı ilk 2 gün ərzində Azərbaycanın fındıq, qənnadı məmulatları, vanil və qabartma tozunun Rusiyaya ixracına dair 13 müqavilə imzalanıb.

Qeyd edək ki, sərgidə meyvə şirələri, təbii mineral sular, şərab və spirtli içkilər, meyvə-tərəvəz, süd məhsulları, çay, fındıq, qənnadı məmulatları və konservləşdirilmiş qidalar "Made in Azerbaijan" vahid ölkə stendində nümayiş olunur.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı

Aparıcı Hüsniyyə Məhərrəmova “Avroviziya-2024” müsabiqəsinin musiqi prodüseri Eldar Qasımovun istefasını tələb edənlərə cavab verib.   Sf...

Sabah “ASAN xidmət” işləməyəcək

9 May – Faşizm üzərində Qələbə Günü ilə əlaqədar “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.   ...

Ceyhun Bayramov Bin Nunla görüşdü

8 may 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İsrail Dövlətinin Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza...

Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakdan imtina etdi

“Ermənistan Respublikası KTMT Kollektiv Təhlükəsizlik Şurasının 23 noyabr 2023-cü il tarixli “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarına q...

Bakıdakı bu bazarda məhsulların satışına məhdudiyyət qoyuldu

Bakı şəhəri, Nərimanov rayonunda fəaliyyət göstərən “Təbriz (Xırda)” bazarında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları yoxlama keçirib, ...

Gənclərin viskidən zəhərlənmələri ilə bağlı iddialara istehsalçı müəssisədən CAVAB

Ötən gün Bakının Səbail rayonunda yerləşən məşhur hotellərdən birində dörd nəfərin zəhərlənməsi və onlardan ikisinin spirtli içkidən ölməsi ilə b...