Rotşildlərlə qonşuluq 13 milyon avroya başa gələcək

Rotşildlərlə qonşuluq 13 milyon avroya başa gələcək
 
Fransada Rotşild villasının qonşuluğunda yerləşən on doqquzuncu əsrə aid "Edge Road” adlı ev satışa çıxarılıb.

 

Oxu.Az bildirir ki, obyekt Kannın ingilis məhəlləsində yerləşir. Ümumi sahəsi 628 kvadrat metr olan evin dəyəri 13,5 milyon avrodur. 1865-ci ilə aid olan bu tikiliyə üç qonaq, hər birinin öz vanna otağı və qarderobu da daxil olmaqla doqquz yataq otağı, yemək zalı və bir sıra köməkçi otaqlar da daxildir.

Evdə üç mərtəbə var. Bu mərtəbələrlə həm pillələrlə, həm də liftlə qalxmaq olur. Ərazidə çarhovuz, 50 metrlik bağ evi, eləcə də şəxsi parkinq var.

Qeyd edək ki, qonşuluqda yerləşən Rotşild villası Kannın ən məşhur memarlıq abidələrindən biridir. Bina İngiltərədən gələn zənginlərin məskunlaşmaq üçün üstünlük verdikləri kurort rayonunda yerləşir və XX əsrin əvvəlində neoklassik üslubda tikilib. Hazırda binada şəhər kitabxanası yerləşir.


OXŞAR XƏBƏRLƏR

Fransa və Almaniya ortaq tank layihəsi ilə bağlı anlaşma memorandumu İMZALADI

Fransa və Almaniya 2040-cı ilə qədər döyüş tankının birgə istehsalı layihəsinin növbəti mərhələsinə keçmək barədə razılığa gəliblər.   Sfera.az "...

Bakıda körpə eyvanda anasının qucağından düşərək ÖLDÜ- YENİLƏNDİ

Prokurorluq Bakıda körpənin mənzilin eyvanından düşərək ölməsi faktı ilə bağlı araşdırma aparır.   Sfera.az xəbər verir ki, aprelin 26-da saat 8 radə...

Prezident: "Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq"

Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir   Sfera.az xəbər verir ki, bu fik...

ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak etdi - FOTO

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ölkəm...

Prezident: "Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq"

Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu...

Prezident: "COP29 qarşıdurma arenası olmayacaq"

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ ...