Ramil Usubovdan hədə: "CƏZALANACAQSINIZ"

Ramil Usubovdan hədə:  "CƏZALANACAQSINIZ"

DİN iclas keçirdi.

Sahibkarlıq fəaliyyətinə müdaxilə, vətəndaşlarla münasibətdə kobudluq, süründürməçilik və korrupsiya halları yolverilməzdir, belə neqativ əməllər törədən əməkdaşlar və onların rəhbərliyi barədə ciddi intizam tənbehi tədbirləri görüləcək.

Sfera.az oxu.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov DİN əməkdaşlarının bu gün keçirilən kollegiya iclasında bildirib.

Nazir bildirib ki, polisin ictimai nüfuzuna və işgüzar imicinə həlledici təsir göstərən vətəndaşların qəbulu və müraciətlərinə baxılması orqan rəislərinin və onların müavinlərinin hər zaman diqqətində olmalıdır.

Bundan başqa, nazir narkotik vasitələrin qeyri-qanuni yollarla ölkəyə gətirilməsinin qarşısının alınması, güclü təsirə malik olan narkotiklərin qanunsuz dövriyyəyə girmədən aşkarlanmasına, onları qaçaqmalçılıq yolu ilə ölkəyə gətirən şəxslərin müəyyən edilməsinə yönəldilmiş əməliyyat-axtarış tədbirlərinin daha da gücləndirilməsinin, yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın gücləndirilməsi baxımından ayrı-ayrı əmək kollektivlərində, orta ixtisas və ali təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

Qarşıdan dövlət əhəmiyyətli mühüm tədbirin-növbəti parlament seçkilərinin gəldiyini xatırladan Ramil Usubov hər bir əməkdaşın qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən layiqincə gələcəyinə əminliyini ifadə edib.

O, bir daha qeyd edib ki, Azərbaycanda sabitliyi, əmin-amanlığı pozmaq, qarışıqlıq, xaos və anarxiya yaratmaq istəyən qüvvələrin qarşısı qanunların verdiyi imkanlar çərçivəsində ən sərt, qətiyyətli şəkildə alınacaqdır.


OXŞAR XƏBƏRLƏR

Modeli döyməkdə təqsirləndirilən biznesmen külli miqdarda pul mənimsəyib?

Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) külli miqdarda qanunsuz kredit almaqda təqsirləndirilən Ziya Hüseynzadənin cinayət işi üzrə növbəti məhkəmə pros...

Əsədov Əliyevin məktubunu Ərdoğana təqdim etdi

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfəri çərçivəsində mayın 8-də Prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.   Sfera.az xəbər verir ...

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanıldı

Sumqayıtda özünü qazi kimi təqdim edərək dələduzluq əməlləri törtətməkdə şübhəli bilinən 1989-cü il təvəllüdlü Elşad Nağıyev saxlanılıb.   Sfera.az x...

Barmaq şaqqıldatmağın ziyanı varmı? - ARAŞDIRMA NƏTİCƏLƏRİ

Barmaq şaqqıldatmaq bəzi insanların gündəlik vərdişlərindən biridir. Digər tərəfdən, bu vərdişin artrit kimi problemlərə gətirib çıxaracağı ilə bağlı narah...

Ticarətdə meymun diplomatiyası - Yağ alanlara oranqutan hədiyə ediləcək 

Malayziya palma yağı ixrac etdiyi bəzi ölkələrə oranqutan hədiyyə etməyi planlaşdırır.  Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağl...

Azərbaycan və Bolqarıstan prezidentləri mətbuata birgə bəyanatla ÇIXIŞ ETDİLƏR - YENİLƏNDİ - 2

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər. &nbs...