QMİ: Həcc ziyarəti ilə məşğuluq

QMİ: Həcc ziyarəti ilə məşğuluq

Azərbaycandan Kərbəla, Məşhəd, Nəcəf və digər müqəddəs şəhərlərə ziyarətlərin təşkili istiqamətində hazırlıq işləri görülür.

Sfera.az xəbər verir ki, bu barədə Report-a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Bildirilib ki, hazırda idarə Həcc ziyarətinin təşkili ilə məşğuldur: "Həcc ziyarəti başa çatdıqdan sonra müqəddəs şəhərələrə ziyarətlər təşkil olunacaq".

Məlumata görə, müqəddəs şəhərlərə ziyarətləri yalnız QMİ təşkil etməyəcək: "QMİ ilə bərabər digər şirkətlər də müqəddəs şəhərlərə ziyarətlərin təşkilini həyata keçirir".

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR