Qəza törədən AzTV əməkdaşları haqda şok: Narkotika və xanımlar

Qəza törədən AzTV əməkdaşları haqda şok: Narkotika və xanımlar
 

Ötən gün Bakının Səbail rayonu, Parlament prospektində avtomobil qəzasına düşən Azərbaycan Dövlət Televiziyasının (AzTV) 2 əməkdaşının xəsarət alması hadisəsi ilə bağlı təfərrüatlar ortaya çıxıb. 


Məlumata görə, qəza baş verən zaman AzTV-nin İT-kreativ şöbəsinin əməkdaşları olan Nicat Əsədov və Samir Cəfərov avtomobildə 2 xanımla olublar.  


Qəzaya səbəb onların narkotik vasitələrin təsiri altinda olması olub. 


Qeyd edək ki, Parlament prospektində 2 nəqliyyat vasitəsinin toqquşması nəticəsində 1995-ci il təvəllüdlü Cəfərzadə Samir Şahid oğlu və daha 2 xanım xəsarət alaraq xəstəxanaya yerləşdirilib.


Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

 

demokrat.az


OXŞAR XƏBƏRLƏR