\"Qarabağ\" - \"Roma\" oyununun biletləri satışda - Qiymətlər

\

Çempionlar Liqasının qrup mərhələsinin 2-ci oyunları çərçivəsində keçiriləcək "Qarabağ" - "Roma" (İtaliya) oyununun biletləri bu gündən etibarən satışa çıxarılacaq.

Sfera.az futbol klubuna istinadən xəbər verir ki, azarkeşlər qiyməti 2, 5, 10 və 50 AZN olan biletləri iTicket.az saytından onlayn qaydada əldə edə bilərlər. Onlayn bilet almazdan əvvəl saytdan qeydiyyatdan keçmək lazımdır. Aldığınız bilet e-mail adresinizə e-bilet formasında gələcək. Həmin e-bileti çap etməyiniz kifayətdir.

Biletləri bundan başqa, ASAN Xidmət Mərkəzləri,

Heydər Əliyev Sarayının kassası,

28 Mall,

Gənclik Mall,

Park Bulvar (QFK fan-shop), M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı),

Bül-bül prospekti,

Nizami küç. (Nizami k/t yaxınlığı) və Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası) ünvanlarından əldə etmək mümkündür.

Qeyd edək ki, biletləri əldə edərkən, eləcə də stadiona daxil olarkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Bir şəxsiyyət vəsiqəsi ilə yalnız bir bilet almaq imkanı olacaq.

Sfera.az


OXŞAR XƏBƏRLƏR