Prezident tayqada istirahət edir – VİDEO

Prezident tayqada istirahət edir – VİDEO
 

Bu gün ad gününü qeyd edən Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə birlikdə Sibir tayqasına gedib. 

Sfera.az xəbər verir ki, prezident təbiəti gəzib, göbələk yığıb.  Vladimir Putin gəzintinin gedişatında qeyd edib ki, Moskva ilə Sibir tayqasında havanın eyni olmasına can atmaq lazımdır. Putin zarafatla Şoyqunun qazıb çıxardığı bitki kolunu bağ evinin həyətində əkəcəyini deyib. Nazir isə cavab verib ki, bitki üçün başqa iqlim lazımdır. 

Gəzinti zamanı prezidentin yanında olan şəxslərdən biri Moskvanın da havasını Sibir havası kimi təmizləməyin mümkün olub-olmaması barədə maraqlanıb. "Bu sualı mənə yox, prezidentə verin”, – deyə nazir sualın ünvanını dəyişdirib. "Hər halda cəhd etmək lazımdır”, – Putin cavab verib.

Dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin 67 yaşını doğmaları və yaxınları ilə təbiət qoynunda qeyd edəcək.



OXŞAR XƏBƏRLƏR