Prezident İlham Əliyev ilə Binəli Yıldırımın Münxendə görüşü olub - FOTO

Prezident İlham Əliyev ilə Binəli Yıldırımın Münxendə görüşü olub - FOTO

Fevralın 18-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımın görüşü olub.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinin inkişaf etdiyi və bunun məmnunluq doğurduğu bildirildi. Azərbaycan ilə Türkiyənin Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi, TANAP və digər böyük layihələri uğurla həyata keçirdikləri, bu sahədə əməkdaşlığın davam etdirildiyi qeyd olundu.

Türkiyənin Baş naziri Binəli Yıldırım ölkəsində gedən proseslər və referenduma hazırlıqdan danışdı.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparıldı.


OXŞAR XƏBƏRLƏR