"Prezident ad gününü məcburi köçkünlərlə keçirərək hər kəsə nümunə olur" - Deputat

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 57 yaşı tamam olur.
 
Sfera.az bu münasibətlə Milli Məclisin deputatı Adil Əliyevin ürək sözlərini öyrəndik:
 
Adil Əliyev bildirib ki, bununla bağlı "Azərbaycan” qəzetində geniş yazıyla çıxış edib:
 
"Hamımızın fikri eynidir. Cənab Prezidentimizi ürəkdən təbrik edirik. Onun 15 ildə gördüyü işlər Azərbaycana böyük uğurlar qazandırıb. Cənab Prezident böyük layihələrin müəllifidir. Biz də bu işlərdə onu hər zaman alqışlamışıq, hər zaman sevmişik onun gördüyü işləri yüksək qiymətləndirmişik. Ona görə də cənab prezidentin ad günü ümumxalq qeyd edir. Biz də onu təbrik edirik. Öz adımızdan, federasiyamızın, yaxınlarımızın adından uğurlar arzu edirik".
 
Adil Əliyev qeyd edib ki, İlham Əliyevin 15 il müddətində gördüyü işlərin miqyası ölçüyə gəlməzdir: "Öz ad gününü də məcburi köçkünlərlə keçirərək Ali Baş Komandanımız hər kəsə nümunə olduğunu göstərib".
 
Rəşad
Sfera.az
 





OXŞAR XƏBƏRLƏR