Sİyasət

"Paşinyanın oğlunun Qarabağda hərbi xidmət keçməsi siyasi şoudur" - XİN

"Ermənistanın baş naziri Nikol Paşinyanın oğlunun Dağlıq Qarabağda hərbi xidmət keçməsi siyasi şouya çevrilib”.

Sfera.az-ın xəbərinə  görə, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki, populist Paşinyan hökuməti bu yolla reytinqini və cəmiyyətdə nüfuzunu qorumağa çalışır: "Paşinyan hökumətinin yüz günü yaxınlaşır. Bu yüz gün ərzində ölkənin üzləşdiyi ciddi sosial, siyasi, iqtisadi problemlərin həlli istiqamətində işlər görmək əvəzinə, bu cür yolla öz reytinqlərini saxlamaq istəyirlər”.

XİN təmsilçisi qeyd edib ki, Ermənistan vətəndaşlarının Azərbaycan ərazisində hərbi xidmətə göndərilməsi Ermənistanın təcavüzkar dövlət olmasının növbəti və açıq göstəricisidir: "Bu əməllər regionda sülhün təminatına xidmət etmir”.
AdRiver

XƏBƏR LENTİ

«    Fevral 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728